Azərbaycan hərbçiləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.11.2021
Azərbaycan-Ermənistan sərhədində vəziyyət
Vətən müharibəsindən sonra üçtərəfli bəyanatın imzalanması rəğmən sərhəddə erməni təxribatları səngimək bilmir. Ermənistanla sərhəddə son hadisələr barədə Sputnik Azərbaycan-ın süjetində oxuyun.

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

© AR Ministry of DefenceAzərbaycan hərbçilərin döyüş mövqeyi, arxiv şəkli
Azərbaycan hərbçilərin döyüş mövqeyi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 14.07.2023
Abunə olmaq
Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
BAKI, 14 iyul — Sputnik. İyulun 14-ü saat 10:55 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ordumuzun Şuşa Xocalı rayonları istiqamətlərində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Bundan başqa saat 13:39-dan 13-50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətlərdə cavab tədbirləri görülüb.
Xatırladaq ki, İyulun 13-ü saat 22:35-də Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən bölmələrinin mövqeləri Ermənistan silahlı qüvvələrinin üzbəüz istiqamətdə yerləşən bölmələrindən atıcı silahlardan atəşə tutulmuşdu.
Bundan başqa, iyulun 14-ü saat 01:10-da Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Ordumuzun Xocalı rayonu istiqamətində yerləşən mövqelərinə üzbəüz mövqelərdən atəş açıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0