https://sputnik.az/20230713/ceyhun-bayramov-azerbaycan-regionda-sulh-tereqqi-inkisaf-gundeliyini-ireli-aparir-456776038.html
Ceyhun Bayramov: "Azərbaycan regionda sülh, tərəqqi, inkişaf gündəliyini irəli aparır"
Ceyhun Bayramov: "Azərbaycan regionda sülh, tərəqqi, inkişaf gündəliyini irəli aparır"
Sputnik Azərbaycan
Xarici işlər naziri Ceyhun Bayramov Ağdam şəhərindəki Konfrans Mərkəzində keçirilən “Ağdamın dirçəlişi” adlı tədbirdə çıxış edib. 13.07.2023, Sputnik Azərbaycan
2023-07-13T16:12+0400
2023-07-13T16:12+0400
2023-07-13T17:02+0400
azərbaycan xəbərləri
ceyhun bayramov
xarici işlər naziri ceyhun bayramov
https://cdnn1.img.sputnik.az/img/07e7/02/1c/452240350_0:0:3072:1728_1920x0_80_0_0_a5d5d1a53d0370c40a8e77c57721ce51.jpg
BAKI, 13 iyul - Sputnik. "Prezident İlham Əliyevin siyasətinə uyğun olaraq Azərbaycan regionda sülh, tərəqqi, inkişaf gündəliyini irəli aparır"."Report" xəbər verir ki, bu sözləri xarici işlər naziri Ceyhun Bayramov Ağdam şəhərindəki Konfrans Mərkəzində keçirilən “Ağdamın dirçəlişi” adlı tədbirdə deyib."Bu, bizim bir nömrəli prioritetimizdir. Ancaq bununla paralel olaraq, təbii ki, tarixi cinayətlər, tarixin təkrarlanmaması üçün ölkəmizin faciəvi səhifələri unudulmamalıdır. Bu da bizim gündəliyimizin önəmli bir hissəsi olmalıdır", - XİN başçısı vurğulayıb.Nazir qeyd edib ki, Azərbaycan insanlarının çəkdikləri əziyyət, pozulmuş hüquqları, 30 ilə yaxın məcburi köçkünlük və qaçqınlıq həyatı yaşamış insanların bu gün mina təhdidinin aradan qaldırılması, Ermənistandan qovulmuş insanların bu ərazilərə qayıtmaq imkanının yaradılması və bir sıra digər istiqamətlər üzrə davamlı iş aparılmalıdır: "Bu gün mina qurbanlarının sayı ilə bağlı qanlı statistikanın aylıq, həftəlik üzrə artımı hərbi cinayətdir. Bu, unudulmamalıdır. Eyni zamanda, 30 ilə yaxın bir müddət ərzində 4 minə yaxın insanımızın itkin düşməsi, bu müddət ərzində onlarla bağlı heç bir məlumat bölüşməmək və yalnız Azərbaycan dövləti bu torpaqlara qayıdandan sonra qısa müddət ərzində çoxsaylı kütləvi məzarlıqların tapılması bu cinayətlərin bir daha təsdiqidir".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/02/1c/452240350_341:0:3072:2048_1920x0_80_0_0_de34dc58e994123d99b0d4586b1320ed.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ceyhun bayramov, xarici işlər naziri ceyhun bayramov
ceyhun bayramov, xarici işlər naziri ceyhun bayramov
Ceyhun Bayramov: "Azərbaycan regionda sülh, tərəqqi, inkişaf gündəliyini irəli aparır"
16:12 13.07.2023 (Yenilənib: 17:02 13.07.2023) Xarici işlər naziri Ceyhun Bayramov Ağdam şəhərindəki Konfrans Mərkəzində keçirilən “Ağdamın dirçəlişi” adlı tədbirdə çıxış edib.
BAKI, 13 iyul - Sputnik. "Prezident İlham Əliyevin siyasətinə uyğun olaraq Azərbaycan regionda sülh, tərəqqi, inkişaf gündəliyini irəli aparır".
"Report" xəbər verir ki, bu sözləri xarici işlər naziri Ceyhun Bayramov Ağdam şəhərindəki Konfrans Mərkəzində keçirilən “Ağdamın dirçəlişi” adlı tədbirdə deyib.
"Bu, bizim bir nömrəli prioritetimizdir. Ancaq bununla paralel olaraq, təbii ki, tarixi cinayətlər, tarixin təkrarlanmaması üçün ölkəmizin faciəvi səhifələri unudulmamalıdır. Bu da bizim gündəliyimizin önəmli bir hissəsi olmalıdır", - XİN başçısı vurğulayıb.
Nazir qeyd edib ki, Azərbaycan insanlarının çəkdikləri əziyyət, pozulmuş hüquqları, 30 ilə yaxın məcburi köçkünlük və qaçqınlıq həyatı yaşamış insanların bu gün mina təhdidinin aradan qaldırılması, Ermənistandan qovulmuş insanların bu ərazilərə qayıtmaq imkanının yaradılması və bir sıra digər istiqamətlər üzrə davamlı iş aparılmalıdır: "Bu gün mina qurbanlarının sayı ilə bağlı qanlı statistikanın aylıq, həftəlik üzrə artımı hərbi cinayətdir. Bu, unudulmamalıdır. Eyni zamanda, 30 ilə yaxın bir müddət ərzində 4 minə yaxın insanımızın itkin düşməsi, bu müddət ərzində onlarla bağlı heç bir məlumat bölüşməmək və yalnız Azərbaycan dövləti bu torpaqlara qayıdandan sonra qısa müddət ərzində çoxsaylı kütləvi məzarlıqların tapılması bu cinayətlərin bir daha təsdiqidir".