DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Bayden və Blinkenə Ərdoğanın mövqeyi barədə əvvəlcədən məlumat verilib

© AFP 2024 / PETRAS MALUKASTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 12.07.2023
Abunə olmaq
İsveçin NATO-ya üzvlük üçün müraciətinə Türkiyə parlamenti tərəfindən baxılması üçün konkret müddət yoxdur, prosedur vaxt aparacaq.
BAKI, 12 iyul — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Avropa İttifaqına üzvlük məsələsini gündəliyə daxil etmək niyyəti barədə ABŞ prezidenti Co Bayden və dövlət katibi Entoni Blinkenə əvvəlcədən məlumat verilib.
RİA Novosti-nin əldə etdiyi məlumata görə, bundan sonra yeni yol xəritəsi hazırlanıb.
İyulun 11-də Ərdoğan deyib ki, İsveçin NATO-ya daxil olması Türkiyə Aİ-yə qəbul edildikdən sonra mümkün olacaq. Bu bəyanatdan sonra elə həmin gün NATO baş katibi Yens Stoltenberq bildirib ki, Ərdoğan İsveçin NATO üzvlüyü ilə bağlı müraciətinə dair sənədləri ratifikasiya üçün Türkiyə parlamentinə "mümkün qədər tez" göndərməyə razılaşıb. Eyni zamanda, Stoltenberq konkret tarixlər açıqlamayıb.
RİA Novosti-nin Ankaradakı mənbəsi bildirib ki, İsveçin NATO-ya üzvlük üçün müraciətinə Türkiyə parlamenti tərəfindən baxılması üçün konkret müddət yoxdur, prosedur vaxt aparacaq.
Türkiyə 1963-cü ildə Aİ ilə assosiasiya sazişi imzalayıb, 1987-ci ildə isə ittifaqa üzvlük üçün müraciət edib. Lakin üzvlüklə bağlı danışıqlar yalnız 2005-ci ildə başlayıb və fikir ayrılıqlarına görə dəfələrlə dayandırılıb. Hazırda danışıqlar dosyesinin 35 fəslindən 16-sı açıqdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0