NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Neft bahalaşıb

© AFP 2024 / DELIL SOULEIMANNeft buruqları
Neft buruqları - Sputnik Azərbaycan, 1920, 11.07.2023
Abunə olmaq
"OPEC plus" əməkdaşlığı çərçivəsində 2023-cü ilin sonuna kimi Azərbaycanın ixtisarlarla bağlı öhdəliyi gündəlik 33 min barel, gündəlik xam neft hasilatı üzrə kvotası isə 684 min bareldir.
BAKI, 11 iyul — Sputnik. Dünya bazarı iştirakçıları ABŞ-da makroiqtisadi məlumatların açıqlanmasını gözlədiyi bir vaxtda əmtəə birjalarında neft qiymətləri artıb. "Brent" markalı neftin sentyabr fyuçersləri 0,6 % bahalaşaraq 1 barel üçün 78,14 ABŞ dolları təşkil edib.
WTI markalı neftin avqust fyuçerslərinin qiyməti isə 0,67 % artaraq 73,48 ABŞ dolları olub.
Bu ilin iyun ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 610 min barel olub.
Energetika Nazirliyinin yaydığı xəbərə görə, bunun 500 min barelini xam neft, 110 min barelini isə kondensat təşkil edib. Bununla da Azərbaycan OPEC kvotasını 73,1 % istifadə edib.
"OPEC plus" əməkdaşlığı çərçivəsində 2023-cü ilin sonuna kimi Azərbaycanın ixtisarlarla bağlı öhdəliyi gündəlik 33 min barel, gündəlik xam neft hasilatı üzrə kvotası isə 684 min bareldir.
"APA-Economics"in xəbərinə görə, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,92 ABŞ dolları və ya 1,13% artaraq, 82,68 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, 2022-ci ildə “Azeri Light” (CIF) markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il “Azeri Light” (CIF) nefti 44,6% bahalaşıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0