Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Pentaqonun sabiq rəsmisi ABŞ-ın Ukraynanı nəyə hazırladığını açıqlayıb

© AP Photo / Charles DharapakPentaqon
Pentaqon - Sputnik Azərbaycan, 1920, 10.07.2023
Abunə olmaq
Pentaqonun sabiq müşaviri Duqlas Makqreqor bildirib ki, ABŞ Rusiyanın əvəzinə Ukraynanı məhv edib.
BAKI, 10 iyul - Sputnik. ABŞ Ukraynanı Rusiyanın bölünməsi və məhv edilməsi üçün hazırlayıb, lakin bunun əvəzində Ukrayna millətini məhv edib.
Bunu ABŞ müdafiə nazirinin sabiq müşaviri polkovnik Duqlas Makqreqor "Youtube" kanalında deyib.
"Biz Ukrayna ilə bağlı xəyallarımızda Rusiyanı qan tökməyə, resurslarını itirməyə, nəticədə onun qoşunlarını və iqtisadiyyatını məhv etməyə və daha sonra müharibədən sonrakı şəraitdə ehtiyatlarını bölüşdürmək üçün bir fürsət kimi görürdük", - deyə Makqreqor bildirib.
Pentaqonun rəhbərinin sabiq müşavirinin sözlərinə görə, Vaşinqtonun ilkin planlarının uğur qazanmaq şansı olmayıb. O, ABŞ-ı bu həqiqəti etiraf etməyə çağırıb.
Xatırladaq ki, bu yaxınlarda polkovnik Makqreqor ABŞ-ın Ukraynanı hərbi əməliyyatları davam etdirməyə məcbur etmək üçün ona təzyiq göstərdiyi barədə fikir bildirib. O, bəyan edib ki, Ukrayna Silahlı Qüvvələrinin (USQ) hücumu əvvəldən uğursuz olub və indi Kiyevin uğur qazanmaq şansı yoxdur.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib. Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub. Qərb ölkələri Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı bir neçə dəfə sanksiya paketləri tətbiq edib.
Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub. Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir. O əlavə edib ki, cari hadisələr Qərbin həm siyasətdə, həm də iqtisadiyyatda qlobal hökmranlığının altından xətt çəkir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0