https://sputnik.az/20230707/rusiya-qosunlari-cebhenin-dord-hissesinde-irelileyirler-456553558.html
Rusiya qoşunları cəbhənin dörd hissəsində irəliləyirlər
Rusiya qoşunları cəbhənin dörd hissəsində irəliləyirlər
Sputnik Azərbaycan
Ukrayna Silahlı Qüvvələrinin "əks-hücum"u artıq ikinci aydır ki, bütün istiqamətlərdə dalana dirənir, Qərb isə artan narahatlıqla Ukrayna ordusunun və NATO... 07.07.2023, Sputnik Azərbaycan
2023-07-07T08:31+0400
2023-07-07T08:31+0400
2023-07-07T08:31+0400
rusiya
təhlil
ukrayna
nato
https://cdnn1.img.sputnik.az/img/07e6/06/0d/442854661_0:286:3131:2048_1920x0_80_0_0_cb01219c79894fc49f59ec5332ebd01d.jpg
Rusiya Silahlı Qüvvələri (RSQ) xüsusi hərbi əməliyyat (XHƏ) zonasında 1000 kilometrlik cəbhənin dörd hissəsinə hücum edərək atəş, taktiki və strateji üstünlüyünü qoruyub saxlayır. Rusiya qoşunları Avdeyevka, Maryinka, Liman və Svatovo ərazilərində irəliləyirlər. Ukrayna Silahlı Qüvvələrinin (USQ) bölmələri mövqelərini tərk edərək Orexov ərazisində qaçırlar. İyulun 3-də Rusiyanın Zaporojye istiqamətindəki əks-hücumunun nəticəsi Ukrayna Silahlı Qüvvələrinin yüzlərlə məhv edilmiş zirehli texnikası, düşməndən azad edilmiş ərazilər olub. USQ-nin quru qoşunlarının komandiri Aleksandr Sırski Baxmut/Artyomovsk yaxınlığındakı çətin vəziyyəti və Rusiyanın Çasov Yara daxil olması barədə təhlükəni bildirib. İyulun 5-nə keçən gecə yüksək dəqiqlikli uzaqmənzilli silahlar Ukrayna Silahlı Qüvvələrinin Dnepropetrovsk, Sumı və Xarkov vilayətlərindəki arsenallarına və yerləşdirmə məntəqələrinə zərbələr endirib. Rusiya artilleriyası Balakleya yaxınlığında düşməni effektiv şəkildə darmadağın edir. Ukrayna qoşunları cəbhənin bütün hissələrində böyük itkilər verir - iyunun 4-dən etibarən 15 minə qədər hərbçi, 2500 ədəd silah, o cümlədən 15 təyyarə, üç helikopter, 920 ədəd zirehli texnika, həmçinin təhvil verilmiş 54 "Leopard" tankından 16-sı məhv edilib. Ukrayna komandanlığının "iyunun 18-dək Melitopolu mühasirəyə almaq" planları uğursuz olub. USQ-nin müxtəlif ərazilərdə - gücləndirilmiş batalyon və kiçik taktiki qruplarla daimi "əks-hücum"u tədricən çıxılmaz müdafiəyə çevrilir. Eyni zamanda, Kiyev NATO silahlarının kifayət qədər olmamasından və keyfiyyətsizliyindən şikayətlənir. Qərbdə Ukrayna əsgərlərinin zəif hazırlığından və aşağı motivasiyasından danışırlar. NATO Hərbi Komitəsinin rəhbəri Rob Bauer Ukrayna Silahlı Qüvvələrinin uğursuzluğunu Rusiya ordusunun mühəndislik strukturlarının xüsusi mürəkkəbliyi, müdafiə mövqelərinin 30 km dərinliyə qədər eşelonlaşdırılması ilə izah edir. Əslində USQ-nin darmadağın edilməsi və NATO-nun qaçılmaz məğlubiyyəti Ukrayna hərbi əməliyyat teatrında Rusiya qoşunları qruplaşmasının hücum əməliyyatlarını, zərbə silahlarını və döyüş üstünlüyünü təmin edir. Müharibə dumanında Qərb Əvvəlcə mifoloji NATO tankları və piyada döyüş maşınları (PDM) 1991-ci ildə demək olar ki, Ukrayna SSR sərhədlərində "mühüm ərazilərin geri qaytarılmasını" təmin etməli idi. Ukraynanın hücumunun ilk 30 gününün nəticələri Qərbdə "məyusluq"a səbəb olub. ABŞ və onun müttəfiqləri hələ də "çoxdan gözlənilən əks-hücumun" inkişafına və Rusiyanın zəifləməsinə müəyyən ümidlər bəsləyir, Ukraynadan döyüş meydanında uğurlar tələb edirlər. Epik şəkildə məğlub edilən NATO istehsalı olan zirehli texnika bu sahədə uğur vəd etmir. Rusiya XHƏ dövründə Ukrayna Silahlı Qüvvələrinin 690 təyyarəsi və helikopteri, 10530-dan çox tank və zirehli texnikası, 5340 artilleriya qurğusu və 1130 reaktiv yaylım atəş sistemi (RYAS), 426 zenit-raket kompleksi "demilitarizasiya edilib". Bu qeyri-Ukrayna silahlarının əhəmiyyətli bir hissəsi Kiyev rejiminin Qərb sponsorları tərəfindən "dünyadan iplə" toplanıb. NATO və ABŞ-ın digər peyklərinin arsenalları boşalıb. Hətta ABŞ hərbi-sənaye kompleksi belə Rusiya ilə proksi-müharibənin yükünü daşımır. Hər kəsə aydındır ki, Ukraynaya silah-sursat tədarükü dayandırılsa, xüsusi hərbi əməliyyat bir neçə günə başa çatacaq. Lakin Qərb hələ məğlubiyyəti qəbul etməyə hazır deyil. Avropa İttifaqı (Aİ) və NATO son gücü ilə dağıdıcı silah tədarükünü davam etdirir. Almaniya 2023-cü ildə Ukraynaya hərbi dəstək üçün 5,4 milyard avro ayırıb və yaxın gələcəkdə Ukrayna Silahlı Qüvvələrinə çox köhnə Leopard 1A5 tanklarının yeni partiyasını verəcəyini vəd edib. Lakin Bundesverin 300 tankından yalnız 130-u döyüşə hazır vəziyyətdədir. ABŞ 20 il əvvəl dayandırılmış "Stinger" daşınan zenit raket komplekslərin (DZRK) istehsalını canlandırmaq üçün təqaüdçülərini səfərbər edib. ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin rəhbəri Mark Milli, USQ-nin əks hücumunun "çox çətin, çox uzun və çox qanlı" olacağını bildirib. Ukrayna Prezidenti Vladimir Zelenski son ehtiyatlarını ağılsızcasına "Zaporojye sallaqxanasına" atır. Bununla yanaşı, Rusiyanın hərbi qüdrəti gözümüzün önündə artır – XHƏ zonasında yeni təyyarələr, tanklar, artilleriya sistemləri, zenit raket komplekləri (ZRK), raketlər və mərmilər, həmçinin HIMARS reaktiv mərmiləri, JDAM aviabombaları və NATO standartlarına uyğun digər "ağıllı" silahları kor edən radioelektron döyüş sistemləri əlavə olunur. ABŞ-ın "Military Watch" jurnalı Rusiya silahlarının yüksək effektivliyini, xüsusən də "İskəndərlər" və "Lansetlər"in Qərb tərəfindən kəşf edildiyini qeyd edir. Rusiyanın dinamik mühafizəsi yüksək etibarlılığı da sübut edib - tanklar bir neçə mərmi və ya raket zərbəsinə tab gətirə bilir. Rusiyanın ayrıca "Olimpiya" nailiyyəti düşmən üçün aşılmaz olan yüksək texnologiyalı mina maneələridir. Qərbdə müharibə dumanı yavaş-yavaş dağılır. Fransa ordusunun sabiq komandanı Jan Bernard Pinatel bir general kimi açıq şəkildə bildirib ki, Ukraynanın əks-hücum əməliyyatı əvvəlcə uğursuzluğa məhkum olub: "Biz nüvə dövləti ilə əhəmiyyətli texniki imkanları və insan potensialı olmayan ölkə arasında qarşıdurmanın şahidi oluruq. Ukraynanın ən həssas yeri onun insanlarıdır, daha doğrusu, onların yoxluğudur, ən yaxşı döyüşçülər artıq çoxdan həyatlarını itiriblər". General Rusiyanın havada və yerdə atəş gücünün çoxsaylı üstünlüyünü qeyd edib ki, bu da Ukrayna Silahlı Qüvvələrinin müdafiə və hücumda böyük itkilərini müəyyən edir. Bundan əlavə, fransalı ekspert vurğulayıb: "Avropa Rusiya qazı olmadan heçnə edə bilməz... Böhrandan əvvəl Avropa 200 milyard kubmetr Rusiya qazını istehlak edib, Şimali Amerika isə cəmi 2 milyard kubmetr qaz tədarük edib. Avropalılar özləri onları bəsləyən əli dişləyiblər... Rusiya isə, əksinə, iqtisadi cəhətdən çiçəklənir və inkişaf edir, çünki o, istər xammal, istər taxıl, istərsə də enerji baxımından dünyadan asılı deyil". Ukrayna ordusunun dönməz şəkildə "demilitarizasiyası" fonunda ABŞ-da və NATO-da narahatlıq artır. CNN-ə görə, "Ukraynanın hərbi səylərini dəstəkləyən bir çox ölkələr yüksək inflyasiya, artan faiz dərəcələri və ləng iqtisadi artım problemləri ilə üzləşdiyi üçün Kiyev rejiminə hərbi dəstək təlatümlü ola bilər... Seçicilər çətinliklə dolanırlar". Bəlkə də bu, Qərb üçün hələ "ağ zolaq"dır və ən pisi isə qarşıdadır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aleksandr Xrolenko
https://cdnn1.img.sputnik.az/img/41251/68/412516881_698:0:2365:1667_100x100_80_0_0_d42f2e228c9e221ad329811bf71fb976.jpg
Aleksandr Xrolenko
https://cdnn1.img.sputnik.az/img/41251/68/412516881_698:0:2365:1667_100x100_80_0_0_d42f2e228c9e221ad329811bf71fb976.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/0d/442854661_400:0:3131:2048_1920x0_80_0_0_461fc1246baaf8b28d04b8ca6ad9ae82.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aleksandr Xrolenko
https://cdnn1.img.sputnik.az/img/41251/68/412516881_698:0:2365:1667_100x100_80_0_0_d42f2e228c9e221ad329811bf71fb976.jpg
rusiya, ukrayna, nato
Rusiya qoşunları cəbhənin dörd hissəsində irəliləyirlər
Ukrayna Silahlı Qüvvələrinin "əks-hücum"u artıq ikinci aydır ki, bütün istiqamətlərdə dalana dirənir, Qərb isə artan narahatlıqla Ukrayna ordusunun və NATO standartlarına uyğun hərbi texnikanın məhv olmasını izləyir.
Rusiya Silahlı Qüvvələri (RSQ) xüsusi hərbi əməliyyat (XHƏ) zonasında 1000 kilometrlik cəbhənin dörd hissəsinə hücum edərək atəş, taktiki və strateji üstünlüyünü qoruyub saxlayır.
Rusiya qoşunları Avdeyevka, Maryinka, Liman və Svatovo ərazilərində irəliləyirlər. Ukrayna Silahlı Qüvvələrinin (USQ) bölmələri mövqelərini tərk edərək Orexov ərazisində qaçırlar.
İyulun 3-də Rusiyanın Zaporojye istiqamətindəki əks-hücumunun nəticəsi Ukrayna Silahlı Qüvvələrinin yüzlərlə məhv edilmiş zirehli texnikası, düşməndən azad edilmiş ərazilər olub.
USQ-nin quru qoşunlarının komandiri Aleksandr Sırski Baxmut/Artyomovsk yaxınlığındakı çətin vəziyyəti və Rusiyanın Çasov Yara daxil olması barədə təhlükəni bildirib.
İyulun 5-nə keçən gecə yüksək dəqiqlikli uzaqmənzilli silahlar Ukrayna Silahlı Qüvvələrinin Dnepropetrovsk, Sumı və Xarkov vilayətlərindəki arsenallarına və yerləşdirmə məntəqələrinə zərbələr endirib. Rusiya artilleriyası Balakleya yaxınlığında düşməni effektiv şəkildə darmadağın edir.
Ukrayna qoşunları cəbhənin bütün hissələrində böyük itkilər verir - iyunun 4-dən etibarən 15 minə qədər hərbçi, 2500 ədəd silah, o cümlədən 15 təyyarə, üç helikopter, 920 ədəd zirehli texnika, həmçinin təhvil verilmiş 54 "Leopard" tankından 16-sı məhv edilib.
Ukrayna komandanlığının "iyunun 18-dək Melitopolu mühasirəyə almaq" planları uğursuz olub.
USQ-nin müxtəlif ərazilərdə - gücləndirilmiş batalyon və kiçik taktiki qruplarla daimi "əks-hücum"u tədricən çıxılmaz müdafiəyə çevrilir.
Eyni zamanda, Kiyev NATO silahlarının kifayət qədər olmamasından və keyfiyyətsizliyindən şikayətlənir. Qərbdə Ukrayna əsgərlərinin zəif hazırlığından və aşağı motivasiyasından danışırlar. NATO Hərbi Komitəsinin rəhbəri Rob Bauer Ukrayna Silahlı Qüvvələrinin uğursuzluğunu Rusiya ordusunun mühəndislik strukturlarının xüsusi mürəkkəbliyi, müdafiə mövqelərinin 30 km dərinliyə qədər eşelonlaşdırılması ilə izah edir.
Əslində USQ-nin darmadağın edilməsi və NATO-nun qaçılmaz məğlubiyyəti Ukrayna hərbi əməliyyat teatrında Rusiya qoşunları qruplaşmasının hücum əməliyyatlarını, zərbə silahlarını və döyüş üstünlüyünü təmin edir.
Əvvəlcə mifoloji NATO tankları və piyada döyüş maşınları (PDM) 1991-ci ildə demək olar ki, Ukrayna SSR sərhədlərində "mühüm ərazilərin geri qaytarılmasını" təmin etməli idi.
Ukraynanın hücumunun ilk 30 gününün nəticələri Qərbdə "məyusluq"a səbəb olub. ABŞ və onun müttəfiqləri hələ də "çoxdan gözlənilən əks-hücumun" inkişafına və Rusiyanın zəifləməsinə müəyyən ümidlər bəsləyir, Ukraynadan döyüş meydanında uğurlar tələb edirlər.
Epik şəkildə məğlub edilən NATO istehsalı olan zirehli texnika bu sahədə uğur vəd etmir.
Rusiya XHƏ dövründə Ukrayna Silahlı Qüvvələrinin 690 təyyarəsi və helikopteri, 10530-dan çox tank və zirehli texnikası, 5340 artilleriya qurğusu və 1130 reaktiv yaylım atəş sistemi (RYAS), 426 zenit-raket kompleksi "demilitarizasiya edilib".
Bu qeyri-Ukrayna silahlarının əhəmiyyətli bir hissəsi Kiyev rejiminin Qərb sponsorları tərəfindən "dünyadan iplə" toplanıb.
NATO və ABŞ-ın digər peyklərinin arsenalları boşalıb. Hətta ABŞ hərbi-sənaye kompleksi belə Rusiya ilə proksi-müharibənin yükünü daşımır. Hər kəsə aydındır ki, Ukraynaya silah-sursat tədarükü dayandırılsa, xüsusi hərbi əməliyyat bir neçə günə başa çatacaq. Lakin Qərb hələ məğlubiyyəti qəbul etməyə hazır deyil.
Avropa İttifaqı (Aİ) və NATO son gücü ilə dağıdıcı silah tədarükünü davam etdirir. Almaniya 2023-cü ildə Ukraynaya hərbi dəstək üçün 5,4 milyard avro ayırıb və yaxın gələcəkdə Ukrayna Silahlı Qüvvələrinə çox köhnə Leopard 1A5 tanklarının yeni partiyasını verəcəyini vəd edib. Lakin Bundesverin 300 tankından yalnız 130-u döyüşə hazır vəziyyətdədir.
ABŞ 20 il əvvəl dayandırılmış "Stinger" daşınan zenit raket komplekslərin (DZRK) istehsalını canlandırmaq üçün təqaüdçülərini səfərbər edib.
ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin rəhbəri Mark Milli, USQ-nin əks hücumunun "çox çətin, çox uzun və çox qanlı" olacağını bildirib.
Ukrayna Prezidenti Vladimir Zelenski son ehtiyatlarını ağılsızcasına "Zaporojye sallaqxanasına" atır.
Bununla yanaşı, Rusiyanın hərbi qüdrəti gözümüzün önündə artır – XHƏ zonasında yeni təyyarələr, tanklar, artilleriya sistemləri, zenit raket komplekləri (ZRK), raketlər və mərmilər, həmçinin HIMARS reaktiv mərmiləri, JDAM aviabombaları və NATO standartlarına uyğun digər "ağıllı" silahları kor edən radioelektron döyüş sistemləri əlavə olunur.
ABŞ-ın "Military Watch" jurnalı Rusiya silahlarının yüksək effektivliyini, xüsusən də "İskəndərlər" və "Lansetlər"in Qərb tərəfindən kəşf edildiyini qeyd edir.
Rusiyanın dinamik mühafizəsi yüksək etibarlılığı da sübut edib - tanklar bir neçə mərmi və ya raket zərbəsinə tab gətirə bilir.
Rusiyanın ayrıca "Olimpiya" nailiyyəti düşmən üçün aşılmaz olan yüksək texnologiyalı mina maneələridir.
Qərbdə müharibə dumanı yavaş-yavaş dağılır. Fransa ordusunun sabiq komandanı Jan Bernard Pinatel bir general kimi açıq şəkildə bildirib ki, Ukraynanın əks-hücum əməliyyatı əvvəlcə uğursuzluğa məhkum olub: "Biz nüvə dövləti ilə əhəmiyyətli texniki imkanları və insan potensialı olmayan ölkə arasında qarşıdurmanın şahidi oluruq. Ukraynanın ən həssas yeri onun insanlarıdır, daha doğrusu, onların yoxluğudur, ən yaxşı döyüşçülər artıq çoxdan həyatlarını itiriblər".
General Rusiyanın havada və yerdə atəş gücünün çoxsaylı üstünlüyünü qeyd edib ki, bu da Ukrayna Silahlı Qüvvələrinin müdafiə və hücumda böyük itkilərini müəyyən edir.
Bundan əlavə, fransalı ekspert vurğulayıb: "Avropa Rusiya qazı olmadan heçnə edə bilməz... Böhrandan əvvəl Avropa 200 milyard kubmetr Rusiya qazını istehlak edib, Şimali Amerika isə cəmi 2 milyard kubmetr qaz tədarük edib. Avropalılar özləri onları bəsləyən əli dişləyiblər... Rusiya isə, əksinə, iqtisadi cəhətdən çiçəklənir və inkişaf edir, çünki o, istər xammal, istər taxıl, istərsə də enerji baxımından dünyadan asılı deyil".
Ukrayna ordusunun dönməz şəkildə "demilitarizasiyası" fonunda ABŞ-da və NATO-da narahatlıq artır. CNN-ə görə, "Ukraynanın hərbi səylərini dəstəkləyən bir çox ölkələr yüksək inflyasiya, artan faiz dərəcələri və ləng iqtisadi artım problemləri ilə üzləşdiyi üçün Kiyev rejiminə hərbi dəstək təlatümlü ola bilər... Seçicilər çətinliklə dolanırlar".
Bəlkə də bu, Qərb üçün hələ "ağ zolaq"dır və ən pisi isə qarşıdadır.