https://sputnik.az/20230707/baea-ranla-emekdasligi-guclendirmek-isteyir-456584734.html
BAEA İranla əməkdaşlığı gücləndirmək istəyir
BAEA İranla əməkdaşlığı gücləndirmək istəyir
Sputnik Azərbaycan
Birgə Hərtərəfli Fəaliyyət Planı üzrə səylər dayanıb, ona görə də bu sahədə xüsusi heç nə baş vermir. 07.07.2023, Sputnik Azərbaycan
2023-07-07T12:28+0400
2023-07-07T12:28+0400
2023-07-07T12:29+0400
iran
dünya xəbərləri
maqate
https://cdnn1.img.sputnik.az/img/07e6/09/02/445635104_0:213:2883:1835_1920x0_80_0_0_dbcba9e219630d2001d3beb1bd165681.jpg
BAKI, 7 iyul — Sputnik. BAEA rəhbəri Rafael Grossi İranla əməkdaşlığı daha yüksək səviyyədə görmək istəyir. O, bunu cümə günü Yaponiyaya səfərindən sonra jurnalistlərə açıqlamasında deyib. "Hazırda JCPOA (Birgə Hərtərəfli Fəaliyyət Planı) üzrə səylər dayanıb, ona görə də bu sahədə xüsusi heç nə baş vermir. İranla əməkdaşlıq davam edir, lakin mənim görmək istədiyim səviyyədə deyil", - deyə Qrossi bildirib. Qrossi mart ayında İrana səfər etdiyini xatırladıb. "Birgə bəyanatda biz müəyyən hərəkətlər barədə razılığa gəldik, lakin bu razılaşmaların icrası son dərəcə ləng gedir", - o vurğulayıb və qeyd edib ki, BAEA dünyanın bu hissəsində gərginliyin artmasının qarşısını almaq üçün razılaşmaların icrasını sürətləndirməyə çalışır. 2023-cü ilin martında Tehrana səfəri zamanı Qrossi İran Prezidenti İbrahim Rəisi ilə danışıqlar aparıb. Görüşdə agentliyin rəhbəri hazırlanmış birgə fəaliyyətdən məmnunluğunu ifadə edib. 2015-ci ildə BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniya Tehranın nüvə fəaliyyəti ilə bağlı böhranı aradan qaldırmaq məqsədi ilə İranla JCPOA sazişi imzalayıblar. Razılaşmadan sonra Aİ İrana qarşı nüvə proqramı ilə bağlı iqtisadi və maliyyə sanksiyalarının ləğvini elan edib, lakin raket texnologiyaları və nüvə sənayesində müəyyən fəaliyyət növləri ilə bağlı məhdudiyyətləri, eləcə də kompüter dəstəyi ilə bağlı tədbirləri qüvvədə saxlayıb. ABŞ-ın əvvəlki prezidenti Donald Tramp 2018-ci ildə bu sazişdən çıxmaq barədə qərar qəbul edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/02/445635104_76:0:2807:2048_1920x0_80_0_0_7189dd58254679536718d0c20a94f138.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
iran, maqate
BAEA İranla əməkdaşlığı gücləndirmək istəyir
12:28 07.07.2023 (Yenilənib: 12:29 07.07.2023) Birgə Hərtərəfli Fəaliyyət Planı üzrə səylər dayanıb, ona görə də bu sahədə xüsusi heç nə baş vermir.
BAKI, 7 iyul — Sputnik. BAEA rəhbəri Rafael Grossi İranla əməkdaşlığı daha yüksək səviyyədə görmək istəyir. O, bunu cümə günü Yaponiyaya səfərindən sonra jurnalistlərə açıqlamasında deyib.
"Hazırda JCPOA (Birgə Hərtərəfli Fəaliyyət Planı) üzrə səylər dayanıb, ona görə də bu sahədə xüsusi heç nə baş vermir. İranla əməkdaşlıq davam edir, lakin mənim görmək istədiyim səviyyədə deyil", - deyə Qrossi bildirib.
Qrossi mart ayında İrana səfər etdiyini xatırladıb. "Birgə bəyanatda biz müəyyən hərəkətlər barədə razılığa gəldik, lakin bu razılaşmaların icrası son dərəcə ləng gedir", - o vurğulayıb və qeyd edib ki, BAEA dünyanın bu hissəsində gərginliyin artmasının qarşısını almaq üçün razılaşmaların icrasını sürətləndirməyə çalışır.
2023-cü ilin martında Tehrana səfəri zamanı Qrossi İran Prezidenti İbrahim Rəisi ilə danışıqlar aparıb. Görüşdə agentliyin rəhbəri hazırlanmış birgə fəaliyyətdən məmnunluğunu ifadə edib.
2015-ci ildə BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniya Tehranın nüvə fəaliyyəti ilə bağlı böhranı aradan qaldırmaq məqsədi ilə İranla JCPOA sazişi imzalayıblar. Razılaşmadan sonra Aİ İrana qarşı nüvə proqramı ilə bağlı iqtisadi və maliyyə sanksiyalarının ləğvini elan edib, lakin raket texnologiyaları və nüvə sənayesində müəyyən fəaliyyət növləri ilə bağlı məhdudiyyətləri, eləcə də kompüter dəstəyi ilə bağlı tədbirləri qüvvədə saxlayıb. ABŞ-ın əvvəlki prezidenti Donald Tramp 2018-ci ildə bu sazişdən çıxmaq barədə qərar qəbul edib.