https://sputnik.az/20230706/lukasenko-rusiya-planetin-geleceyidir-456570931.html
Lukaşenko: Rusiya planetin gələcəyidir
Lukaşenko: Rusiya planetin gələcəyidir
Sputnik Azərbaycan
Belarus prezidenti hesab edir ki, Rusiya Federasiyası "özünü daha fəal nümayiş etdirməlidir". 06.07.2023, Sputnik Azərbaycan
2023-07-06T19:32+0400
2023-07-06T19:32+0400
2023-07-06T19:32+0400
belarus prezidenti aleksandr lukaşenko
rusiya
ukrayna
putin
rusiya prezidenti vladimir putin
vladimir putin
https://cdnn1.img.sputnik.az/img/07e6/04/0e/441087362_0:0:3013:1696_1920x0_80_0_0_6aa73dbcf6c3452ae0b4667bdc0e2d5a.jpg
BAKI, 6 iyul — Sputnik. Rusiya planetin gələcəyidir və bütün resurslar məhz bu ölkədə yerləşir. Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko iyulun 6-da xarici və Belarus KİV nümayəndələri ilə görüş zamanı deyib. "Rusiya planetin gələcəyidir. Bütün resurslar buradadır, Rusiya texnologiyalarda sıçrayış etməyə qadirdir: kosmos, nüvə texnologiyaları, silahlar və s.", - deyə Belarus lideri bildirib. Lukaşenko hesab edir ki, Rusiya "özünü daha fəal nümayiş etdirməlidir". Belarus prezidentnin fikrincə, Moskva postsovet məkanında birləşdirici qüvvə olmalıdır. Xatırladaq ki, Belarus prezidenti də Rusiyanın Ukrayna münaqişəsində qələbəsinə ümid etdiyini bildirib. Onun fikrincə, Ukrayna məsələsi ilə məhz Moskva və Minsk məşğul olmalıdır, heç bir halda Vaşinqton deyil. Ukraynada nə baş verir? Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib. Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır. Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir. Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub. Xatırladaq ki, Qərb ölkələri Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı bir neçə dəfə sanksiya paketləri tətbiq edib. Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub. Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir. O əlavə edib ki, cari hadisələr Qərbin həm siyasətdə, həm də iqtisadiyyatda qlobal hökmranlığının altından xətt çəkir. Prezidentin sözlərinə görə, Rusiya təcrid olunmaq niyyətində deyil, onu müasir dünyada sərt şəkildə təcrid etmək olmaz. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/0e/441087362_0:0:2731:2048_1920x0_80_0_0_5db697f038451cfeedc1f4d8679aedfe.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
belarus prezidenti aleksandr lukaşenko, ukrayna, putin, rusiya prezidenti vladimir putin, vladimir putin
belarus prezidenti aleksandr lukaşenko, ukrayna, putin, rusiya prezidenti vladimir putin, vladimir putin
Lukaşenko: Rusiya planetin gələcəyidir
Belarus prezidenti hesab edir ki, Rusiya Federasiyası "özünü daha fəal nümayiş etdirməlidir".
BAKI, 6 iyul — Sputnik. Rusiya planetin gələcəyidir və bütün resurslar məhz bu ölkədə yerləşir.
Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko iyulun 6-da xarici və Belarus KİV nümayəndələri ilə görüş zamanı deyib.
"Rusiya planetin gələcəyidir. Bütün resurslar buradadır, Rusiya texnologiyalarda sıçrayış etməyə qadirdir: kosmos, nüvə texnologiyaları, silahlar və s.", - deyə Belarus lideri bildirib.
Lukaşenko hesab edir ki, Rusiya "özünü daha fəal nümayiş etdirməlidir".
Belarus prezidentnin fikrincə, Moskva postsovet məkanında birləşdirici qüvvə olmalıdır.
Xatırladaq ki, Belarus prezidenti də Rusiyanın Ukrayna münaqişəsində qələbəsinə ümid etdiyini bildirib. Onun fikrincə, Ukrayna məsələsi ilə məhz Moskva və Minsk məşğul olmalıdır, heç bir halda Vaşinqton deyil.
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
Xatırladaq ki, Qərb ölkələri Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı bir neçə dəfə sanksiya paketləri tətbiq edib. Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub. Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir. O əlavə edib ki, cari hadisələr Qərbin həm siyasətdə, həm də iqtisadiyyatda qlobal hökmranlığının altından xətt çəkir. Prezidentin sözlərinə görə, Rusiya təcrid olunmaq niyyətində deyil, onu müasir dünyada sərt şəkildə təcrid etmək olmaz.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.