DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ermənistan və Gürcüstan saziş bağlayacaq

© pixabay / Free-PhotosSənəddə imza, arxiv şəkli
Sənəddə imza, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 06.07.2023
Abunə olmaq
Ermənistan hökumətinin məlumatında qeyd olunur ki, sazişin bağlanması qeyri-qanuni miqrantların və axtarışda olan şəxslərin hüquq-mühafizə orqanlarına təhvil verilməsinə imkan verəcək.
BAKI, 6 iyul — Sputnik. Ermənistan və Gürcüstan readmissiya (qanunsuz yaşayan vətəndaşların qaytarılması) haqqında saziş bağlayacaqlar. Saziş layihəsi cümə axşamı Ermənistan hökumətinin iclasında təsdiqlənib.
Ermənistan hökumətinin məlumatında qeyd olunur ki, sazişin bağlanması Ermənistan və Gürcüstan arasında qanunsuz hərəkət edən qeyri-qanuni miqrantların və axtarışda olan şəxslərin (o cümlədən üçüncü ölkədən olanlar) daha effektiv monitorinqini aparmağa, habelə onların hüquq-mühafizə orqanlarına təhvil verilməsinə imkan verəcək.
Qeyd edək ki, Ermənistan bundan əvvəl Aİ, Rusiya və bir sıra digər ölkələrlə readmissiya sazişi bağlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0