SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan Prezidentinin bəyanatı bizi təəccübləndirdi – Afrika təmçsilçisi

© Official website of President of Azerbaijan RepublicAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşdə
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşdə - Sputnik Azərbaycan, 1920, 06.07.2023
Abunə olmaq
"Afrikanın ulduzu" qeyri-hökumət diplomatiyası şəbəkəsinin təmsilçisi Emmanuel Arqo bildirib ki, keçmiş müstəmləkəçi imperiyalar - Fransa, İngiltərə hələ də müstəmləkəçilik siyasətlərini davam etdirirlər.
BAKI, 6 iyul — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyevin dünən verdiyi bəyanat bizi müsbət mənada təəccübləndirdi və biz bu bəyanatı dəstəkləyirik.
Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi tərəfindən təşkil edilmiş "Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru" tədbirdə "Afrikanın ulduzu" qeyri-hökumət diplomatiyası şəbəkəsinin təmsilçisi Emmanuel Arqo bildirib.
"Azərbaycan Prezidenti bizə bu yolda inamla irələləmək üçün imkan yaratdı. Biz ümid edirik ki, Qoşulmama Hərəkatı bizim mübarizəmizə fərqli formalarda da dəstək verəcək. Bu, bizə imkan verir ki, özümüzü azad şəkildə ifadə edək. Keçmiş müstəmləkəçi imperiyalar - Fransa, İngiltərə hələ də müstəmləkəçilik siyasətlərini davam etdirirlər" – deyə Arqo qeyd edib.
Qeyd edək ki, bu gün Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü çərçivəsində “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” mövzusunda tədbir keçirilir. Burada Fransadan və onun bir sıra xarici ərazilərindən - Yeni Kaledoniyadan, Fransız Polineziyasından, Fransız Qvianasından, Martinikadan, Uollis və Futunadan, həmçinin Solomon adalarından yüksək vəzifəli məmurlar və siyasətçilər iştirak edirlər. Onlar öz çıxışlarında qeyd ediblər ki, Fransa öz keçmiş müstəmləkələrinin sakinlərinə quldarlıq dövründəki kimi yanaşır, neokolonial siyasət yürütməkdə davam edir.
Fransa neokolonializmi hələ də davam etdirir
Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Bakıda keçirilən nazirlər görüşündə bildirib ki, neokolonializmi hələ də davam etdirən ölkələrdən biri Fransadır. Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır.
Dövlətimizin başçısı bildirib ki, Fransa Qəmər adalarının Mayot adası üzərində suverenliyinə, həmçinin Yeni Kaledoniya xalqının, o cümlədən özünün digər dənizaşırı icma və ərazilərində yaşayan xalqların hüquqlarına hörmət etməlidir.
Prezident Azərbaycanın neokolonializm meyllərinin artmasından olduqca narahat olduğunu dilə gətirib. Deyib ki, dekolonizasiya prosesi nəticəsində yaranmış Qoşulmama Hərəkatı keçmişin bu utancverici mirasına qarşı qətiyyətlə mübarizə aparmalı və onun tamamilə aradan qaldırılmasına öz töhfəsini verməlidir.
Fransa müstəmləkə keçmişinə və soyqırımı aktlarına görə üzr istəməlidir
"Fransanın soyqırımlarla dolu hakimiyyəti dövründə 1,5 milyona yaxın əlcəzairli qətlə yetirilib. Hələ də Paris muzeyində əlcəzairli azadlıq döyüşçülərinin kəllə sümükləri müharibə qənimətləri kimi saxlanılır" - İlham Əliyev bildirib.
Bunun utancverici və iyrənc hərəkət olduğunu vurğulayan dövlət başçısı deyib: “Biz Fransa prezidenti Emmanuel Makrondan həmin qəhrəmanların qalıqlarını Əlcəzairə təhvil verməsini tələb edirik”.
Prezident İlham Əliyev Fransanın öz müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə və soyqırımı aktlarına görə Qoşulmama Hərəkatına üzv olan Afrika, Cənub-Şərqi Asiya ölkələrindən və digər ölkələrdən üzr istəməli olduğunu da diqqətə çatdırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Deputatlar Asim Mollazadə və Səməd Seyidov AŞPA-nın komitə iclasında - Sputnik Azərbaycan, 1920, 06.07.2023
SİYASƏT
Asim Mollazadə kolonial siyasətə qarşı birgə müqavimət göstərməyə çağırdı
Xəbər lenti
0