Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Prezident İlham Əliyev Özbəkistanın xarici işlər nazirini qəbul edib

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev Özbəkistanın xarici işlər nazirini qəbul edib
Prezident İlham Əliyev Özbəkistanın xarici işlər nazirini qəbul edib - Sputnik Azərbaycan, 1920, 05.07.2023
Abunə olmaq
Prezident İlham Əliyev Özbəkistan Respublikasının xarici işlər naziri Baxtiyor Saidovu qəbul edib.
BAKI, 5 iyul — Sputnik. İyulun 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının xarici işlər naziri Baxtiyor Saidovu qəbul edib. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Baxtiyor Saidov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin əziz dostu və qardaşı Prezident İlham Əliyevə salamlarını çatdırıb.
Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Özbəkistan Prezidentinə çatdırmağı xahiş edib.
Baxtiyor Saidov Azərbaycanın Qoşulmama Hərəkatına müvəffəqiyyətlə sədrliyi və nazirlər görüşünün uğurla keçirilməsi münasibətilə təbriklərini ifadə edib. O, Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfəri çərçivəsində iki ölkə başçısının müəyyənləşdirdiyi tapşırıqlara uyğun olaraq fəaliyyətin davam etdirildiyini və qarşıya qoyulmuş bütün məqsədlərin diqqətdə saxlanıldığını vurğulayıb.
Prezident İlham Əliyev öz növbəsində Özbəkistana dövlət səfərini məmnunluqla xatırladı. Dövlətimizin başçısı işğaldan azad olunmuş ərazilərdə Özbəkistan tərəfindən məktəb tikintisi layihəsinin xüsusi önəm daşıdığını bildirib, Prezident Şavkat Mirziyoyevin tezliklə Azərbaycana səfərinin gözlənildiyini qeyd edib.
Söhbət zamanı Azərbaycanın və Özbəkistanın Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq etdikləri diqqətə çatdırıldı, ikitərəfli gündəlikdə duran məsələlərə dair fikir mübadiləsi aparılıb.
Xəbər lenti
0