QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Müdafiə naziri: "Ordumuzun bircə korpusu Qarabağda bütün tapşırıqları yerinə yetirə bilər"

© AR Ministry of DefenceMüdafiə naziri general-polkovnik Zakir Həsənov, arxiv
Müdafiə naziri general-polkovnik Zakir Həsənov, arxiv - Sputnik Azərbaycan, 1920, 26.06.2023
Abunə olmaq
Nazirin sözlərinə görə, Qarabağdakı erməni birləşmələri yalnız kiçik təxribatlara qadirdir ki, bu da onlar üçün “çox pis” nəticələnəcək.
BAKI, 26 iyun — Sputnik. Qarabağ iqtisadi rayonunda qalan erməni qeyri-qanuni silahlı birləşmələri Azərbaycan üçün ciddi təhlükə yaratmır, ordumuzun bircə korpusu Qarabağda bütün tapşırıqları yerinə yetirə bilər. Bunu müdafiə naziri general-polkovnik Zakir Həsənov CBC televiziya kanalına müsahibəsində deyib.

“Biz Azərbaycanın Qarabağ iqtisadi zonası ərazisində qalan bu qanunsuz silahlı birləşmələrin imkanlarını yüksək qiymətləndirmirik, onların sayını, silahlarını, mənəvi-psixoloji durumlarını bilirik, nəyə qadir olduqlarını bilirik. Sizi əmin edirəm ki, onların Azərbaycan ordusuna qarşı həyata keçirə biləcəkləri hər hansı hərəkətdə qətiyyən şansı yoxdur”, - deyə müdafiə naziri vurğulayıb.

Nazirin sözlərinə görə, Qarabağdakı erməni birləşmələri yalnız kiçik təxribatlara qadirdir ki, bu da onlar üçün “çox pis” nəticələnəcək.

"Əgər onlar təxribatlara əl atıb Azərbaycan Silahlı Qüvvələrinə qarşı hansısa qanunsuz əməllər törətmək qərarına gəlsələr, o zaman Azərbaycan ordusunun bir korpusu, bu qanunsuz silahlı birləşmələrin öhdəsindən gələ bilər. Qüvvələr və vasitələrin balansı bizim xeyrimizədir. Bu o deməkdir ki, bizim korpuslarımızdan sadəcə biri bu qanunsuz silahlı birləşmələri tərksilah etmək iqtidarındadır”, - deyə Azərbaycan müdafiə naziri qeyd edib.

Nazir qeyd edib ki, Bakı böyük kəşfiyyat məlumatlarına görə, həmin qanunsuz birləşmələr haqqında tam məlumata malikdir.
Raketlərin alınması
Z.Həsənovun sözlərinə görə, Azərbaycan Müdafiə Nazirliyi ikinci Qarabağ müharibəsi başa çatdıqdan sonra raket ehtiyatını artırıb. Onun sözlərinə görə, hazırda bəzi raketlərin modernləşdirilməsi prosesi gedir, çünki onların bəzilərində döyüş əməliyyatları zamanı elektron döyüş sistemində problemlər yaranıb.

"Həmçinin ordunun qarşısında duran yeni vəzifələrin, Azərbaycana qarşı səslənən təhlükələrin həllini təmin edən yeni raket komplekslərinin alınması da var", - Müdafiə Nazirliyinin rəhbəri bildirib.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0