https://sputnik.az/20230625/azerbaycanin-pul-nisanlari-ilk-defe-milli-tarix-muzeyinde-sergilenecek-456258307.html
Azərbaycanın pul nişanları ilk dəfə Milli Tarix Muzeyində sərgilənəcək
Azərbaycanın pul nişanları ilk dəfə Milli Tarix Muzeyində sərgilənəcək
Sputnik Azərbaycan
Təqdim edilən pul nişanları arasında ölkəmizin görkəmli şəxsiyyətlərinə, əhəmiyyətli tarixi hadisələrinə, incəsənətinə, mədəniyyətinə həsr edilmiş qiymətli... 25.06.2023, Sputnik Azərbaycan
2023-06-25T11:45+0400
2023-06-25T11:45+0400
2023-06-25T11:53+0400
pul
https://cdnn1.img.sputnik.az/img/42226/85/422268526_0:0:2000:1125_1920x0_80_0_0_2a6f7fb5999bdfde24201657e908ad5d.jpg
BAKI, 25 iyun — Sputnik. Azərbaycan Mərkəzi Bankının (AMB) tədavülə buraxdığı kağız, metal, o cümlədən yubiley, xatirə və investisiya məqsədli pul nişanları ilk dəfə Milli Azərbaycan Tarix Muzeyinin yeni qurulacaq ekspozisiyasında sərgilənmək məqsədilə Muzeyə təqdim edilib. Bu barədə AMB xəbər yayıb. Məlumata görə, muzeyə təqdim edilmiş kolleksiyada Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə həsr edilmiş yubiley pul nişanları silsiləsi müstəsna yerə malikdir. Eləcə də ölkəmizin tarixində ilk dəfə olaraq Ulu Öndərin anadan olmasının 100 ilinə həsr olunmuş Azərbaycan qızılı əsasında hazırlanmış investisiya məqsədli pul nişanları da Muzeydə sərgilənəcək. Azərbaycan tarixinin ən şanlı səhifəsi kimi Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində əldə edilmiş Böyük Zəfər tarixini əbədiləşdirmək məqsədilə tədavülə buraxılmış 500 manat nominallı banknot və "Zəfər" xatirə pul nişanları Milli Azərbaycan Tarix Muzeyinin ən dəyərli eksponatları arasında yer alacaq. Təqdim edilən pul nişanları arasında ölkəmizin görkəmli şəxsiyyətlərinə, əhəmiyyətli tarixi hadisələrinə, incəsənətinə, mədəniyyətinə həsr edilmiş qiymətli metallardan hazırlanmış pul nişanları da mövcuddur. Muzey yeni qurulan ekspozisiyanın tezliklə ziyarətçilərin ixtiyarına veriləcəyini bildirib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42226/85/422268526_227:0:2000:1330_1920x0_80_0_0_2914c4d8651946304ff1f3780ea8c8a7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
pul
Azərbaycanın pul nişanları ilk dəfə Milli Tarix Muzeyində sərgilənəcək
11:45 25.06.2023 (Yenilənib: 11:53 25.06.2023) Təqdim edilən pul nişanları arasında ölkəmizin görkəmli şəxsiyyətlərinə, əhəmiyyətli tarixi hadisələrinə, incəsənətinə, mədəniyyətinə həsr edilmiş qiymətli metallardan hazırlanmış pul nişanları da mövcuddur
BAKI, 25 iyun — Sputnik. Azərbaycan Mərkəzi Bankının (AMB) tədavülə buraxdığı kağız, metal, o cümlədən yubiley, xatirə və investisiya məqsədli pul nişanları ilk dəfə Milli Azərbaycan Tarix Muzeyinin yeni qurulacaq ekspozisiyasında sərgilənmək məqsədilə Muzeyə təqdim edilib.
Bu barədə AMB xəbər yayıb.
Məlumata görə, muzeyə təqdim edilmiş kolleksiyada Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə həsr edilmiş yubiley pul nişanları silsiləsi müstəsna yerə malikdir. Eləcə də ölkəmizin tarixində ilk dəfə olaraq Ulu Öndərin anadan olmasının 100 ilinə həsr olunmuş Azərbaycan qızılı əsasında hazırlanmış investisiya məqsədli pul nişanları da Muzeydə sərgilənəcək.
Azərbaycan tarixinin ən şanlı səhifəsi kimi Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində əldə edilmiş Böyük Zəfər tarixini əbədiləşdirmək məqsədilə tədavülə buraxılmış 500 manat nominallı banknot və "Zəfər" xatirə pul nişanları Milli Azərbaycan Tarix Muzeyinin ən dəyərli eksponatları arasında yer alacaq.
Təqdim edilən pul nişanları arasında ölkəmizin görkəmli şəxsiyyətlərinə, əhəmiyyətli tarixi hadisələrinə, incəsənətinə, mədəniyyətinə həsr edilmiş qiymətli metallardan hazırlanmış pul nişanları da mövcuddur.
Muzey yeni qurulan ekspozisiyanın tezliklə ziyarətçilərin ixtiyarına veriləcəyini bildirib.