Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Azərbaycana təzyiqlər artır: Bakıdan sərt bəyanat verildi

© Sputnik / Murad OrujovAzərbaycan bayrağı
Azərbaycan bayrağı - Sputnik Azərbaycan, 1920, 25.06.2023
Abunə olmaq
Qərb analitikləri bu siyasətin əsas məqsədinin Xəzərin karbo-hidrogen ehtiyatları üzərində tam nəzarətin bərpa edilməsi, dəhlizlərə nəzarəti ələ almaqla Mərkəzi Asiya bazarlarına çıxmaq və Rusiya və Çini qabaqlamaq istəyindən irəli gəldiyini bildirirlər.
BAKI, 25 iyun — Sputnik. "Biz Ermənistan ordusunun kapitulyasiyasına nail olsaq da, münaqişə tərəfləri olan Azərbaycan və Ermənistan arasında hələ də danışıqlar davam etdirilir". Bunu Sputnik Azərbaycan-a açıqlamasında politoloq Elşən Manafov bildirib.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə Döyüş bayrağının təqdim olunması mərasimində çıxışı zamanı bildirib ki, bu gün Azərbaycana qarşı qarşı aparılan çirkin kampaniyanın heç bir əhəmiyyəti yoxdur və olmayacaq.
Beynəlxalq güclərin vasitəçi kimi iştirak etməsi onların bölgə ilə bağlı geosiyasi maraqları ilə bağlıdır
Politoloq Elşən Manafovun sözlərinə görə, iki ölkə arasındakı danışıqlar prosesində beynəlxalq güclərin vasitəçi kimi iştirak etməsi onların bölgə ilə bağlı geosiyasi maraqları ilə bağlıdır:
"Hər bir dövlət üçün ordunun təchizatı, onun döyüş qabiliyyətinin gücləndirilməsi, xüsusən də müharibə vəziyyətində olan bir dövlət üçün prioritet əhəmiyyət kəsb edir. Bu gün qlobal çağırışlar qarşısında müasir ordunun formalaşdırılması ən modern silahlarla təchizatı ciddi əhəmiyyət kəsb edir. Biz 44 günlük Vətən müharibəsində yeni texnologiyalardan istifadə etməklə hərbi əməliyyatların yeni və fərqli növlərini dünyaya nümayiş etdirmiş olduq. Bu baxımdan Azərbaycan Prezidentinin ordu ilə bağlı fikirləri kifayət qədər əhəmiyyətlidir".
Politoloq qeyd edib ki, Azərbaycan ordusu dünya orduları arasında öz gücünə görə 63-cü, Cənubi Qafqazdakı gücünə görə isə ilk yerdədir: "Ordu quruculuğunda əldə olunmuş nailiyyət mərhum prezident Heydər Əliyevin hakimiyyətə gəlişi ilə bu sahəyə göstərilmiş diqqətin artırılması və onun siyasi kursunun davamçısı Prezident İlham Əliyev tərəfindən bu siyasətin uğurla davam etdirilməsi ilə bağlıdır".
Qərb nəyin bahasına olursa-olsun yeni reallıqlara öz əlavə konturlarını gətirmək istəyir
"Münaqişə tam öz həllini tapmadığı şəraitdə müxtəlif geosiyasi güc mərkəzlərinin vəziyyətin yaratdığı reallıqlardan istifadə edərək bölgədə nüfuz dairələrini gücləndirmək üçün atdıqları addımlar da göz qabağındadır. O cümlədən, danışıqlarda Moskvanın moderatorluğu ilə yanaşı, Avropa İttifaqının və ABŞ-ın iştirak etməsi də göstərir ki, Qərb nəyin bahasına olursa-olsun yeni reallıqlara öz əlavə konturlarını gətirmək istəyir. Nəticə etibarilə Qərb Rusiyanı danışıqlardan kənarlaşdırmaq, onun bölgəyə təsir imkanlarını məhdudlaşdırmaq və Cənubi Qafqazda söz sahibi olmaq istəyir", - deyə politoloq vurğulayıb.
Onun sözlərinə görə, Qərb analitikləri də bu siyasətin əsas məqsədinin Xəzərin karbo-hidrogen ehtiyatları üzərində tam nəzarətin bərpa edilməsi, dəhlizlərə nəzarəti ələ almaqla Mərkəzi Asiya bazarlarına çıxmaq və Rusiya və Çini qabaqlamaq istəyindən irəli gəldiyini bildirirlər: "Prezident İlham Əliyevin də məhz bölgəni təhdid edən, təhlükə təşkil edən çağırışlara adekvat mövqeyi Azərbaycanın milli təhlükəsizlik maraqları baxımından tamamilə anlaşılandır. Düşünürəm ki, Azərbaycan bu kursu bundan sonra da davam etdirəcək. Təbii ki, biz Ermənistanla sülh müqaviləsinin imzalanması istiqamətində təklif olunmuş beş şərt əsasında danışıqların aparılmasında maraqlıyıq. İlk növbədə Ermənistan Azərbaycana olan ərazi iddialarından əl çəkməlidir, amma biz görürük ki, Ermənistan hakimiyyəti siyasi konyukturaya uyğun mövqe sərgiləyir".
Ermənistan özünün Qərbdəki havadarlarının göstərişi ilə siyasi riyakarlıq edir
Politoloq bildirib ki, Paşinyan bir tərəfdə Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu deyir, digər tərəfdən isə Ermənistan Parlamenti Qarabağ üçün 7,4 milyon dollar vəsait ayıra biləcəyi ilə bağlı qərar qəbul edir: "Ermənistan özünün Qərbdəki havadarlarının göstərişi ilə siyasi riyakarlıq edir. Bu mənada Azərbaycan prezidentinin çağırışları mövcud reallıqları özündə ehtiva edir. XİN rəhbərlərinin növbəti görüşünün Lissabonda keçirilməsi nəzərdə tutulur. Bu görüşün də əsas təşkilatçısı Qərbdir. Aydındır ki, Qərbin əsas məqsədi Rusiyanı bölgədən uzaqlaşdıracaq nəticələrə nail olmaqdır. Rusiya Azərbaycan münasibətlərində Qərbin maraqlarına cavab verəcək çatı yaratmaq və dərinləşdirməkdir. Etiraf etməliyik ki, son qərarı Qərb deyil, müstəqil siyasət yürüdən Azərbaycan verir. Bu baxımdan 202-ci ilin fevralında Rusiya ilə müttəfqilik qarşılıqlı fəaliyyəti haqqında bəyannamə imzalayan Azərbaycan bu ölkəyə qarşı addım atmayacaq".
AŞPA-nın qətnaməsi bunu bir daha göstərdi
E. Manafov hesab edir ki, AŞPA-nın qətnaməsi bir daha göstərdi ki, AŞPA, Aİ və ABŞ Ermənistanda himayə etdikləri peykləri Paşinyanın və mövcud Ermənistan hakimiyyətinin qayğısına qalırlar: "Ukraynanın gələcəyi Qərbi maraqlandırmadığı kimi, erməni xalqının gələcəyi də onlar üçün önəmli deyil. Onlar üçün önəmli olan Cənubi Qafqaz uğrunda hər hansı uğura nail olmaqdır".
"Azərbaycan Rusiya sülhməramlılarının yaxınlığında artıq iki aydır ki, sərhəd keçid məntəqəsi quraşdırıb. Amma Rusiya tərəfi Ermənistan rəhbərliyinin qaldırdığı iddialara kifayət qədər soyuqqanlı yanaşdı. Rusiya həm bölgədəki maraqlarından, həm də dünyadakı geosiyasi vəziyyətdən çıxış edərək burada münasibətlərimizə xələ gətirəcək addım atmadı. Rusiya Azərbaycanın suveren hüququnu tanıdı. Münaqişənin həlli ilə bağlı AŞPA, Aİ və ümumilikdə Qərbin təklifləri perspektivdə hansısa fayda gətirə bilməz. Çünki sula olunmalı məqam odur ki, onlar münqaişənin ədalətli həllinə tərəfdardırlarmı?!", - deyə politoloq qeyd edib.
Xəbər lenti
0