Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Volodin: "Vaqner" əsgərləri yeganə düzgün seçim etməlidirlər

© Sputnik / Пресс-служба Госдумы РФ / Mediabanka keçidRusiya Federasiyası Dövlət Dumasının spikeri Vyaçeslav Volodin
Rusiya Federasiyası Dövlət Dumasının spikeri Vyaçeslav Volodin  - Sputnik Azərbaycan, 1920, 24.06.2023
Abunə olmaq
Rusiya Dövlət Dumasının sədri bildirib ki, Rusiyanın tarixi göstərdi ki, xarici çağırışlar və təhdidlər cəmiyyəti birləşdirib, ölkənin problemləri və bəlaları isə həmişə xəyanət, daxili parçalanma və elitanın xəyanəti ucbatından baş verib.
BAKI, 24 iyun — Sputnik. Rusiya Dövlət Dumasının deputatları Rusiya vətəndaşlarının maraqlarını təmsil edən qüvvələrin birləşdirilməsinin və Prezident Vladimir Putinin dəstəklənməsinin tərəfdarıdırlar. Bu barədə Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin teleqram kanalında "Vaqner" Özəl Hərbi Şirkətinin təsisçisi Yevgeni Priqojin ətrafında yaranmış vəziyyəti şərh edərkən yazıb.
"Dövlət Dumasının deputatları Rusiya Federasiyası vətəndaşlarının maraqlarını təmsil edərək, qüvvələrin birləşdirilməsini müdafiə edir, bizim ali baş komandanımız olan Prezident Vladimir Vladimiroviç Putini dəstəkləyirlər", - Volodin bildirib.
Onun sözlərinə görə, Rusiyanın tarixi göstərdi ki, xarici çağırışlar və təhdidlər cəmiyyəti birləşdirib, ölkənin problemləri və bəlaları isə həmişə xəyanət, daxili parçalanma və elitanın xəyanəti ucbatından baş verib.
""Vaqner" əsgərləri yeganə düzgün seçim etməlidirlər: xalqının yanında, qanunun tərəfində olmalı, Vətənin təhlükəsizliyini və gələcəyini qorumalı, ali baş komandanın əmrini yerinə yetirməlidirlər. Bundan başqa hər şey xəyanətdir!" - Volodin yazıb.
O qeyd edib ki, Rusiyaya qarşı xarici düşmən dayanır, həmin düşmən nasizm ideologiyasını təbliğ edir, Rusiya vətəndaşlarını məhv edir və ölkənin təhlükəsizliyini təhdid edir.
"Bu vəziyyətdə daha çox birləşmək və qələbə üçün hər şeyi etmək lazımdır", - Dövlət Dumasının spikeri vurğulayıb.
Rusiya Prezidenti Vladimir Putin şənbə günü vətəndaşlara müraciətində "Vaqner" PMC strukturlarının hərəkətlərini silahlı üsyan və xəyanət adlandıraraq, üsyançılara qarşı tədbirlərin sərt olacağını bildirib.
Xəbər lenti
0