https://sputnik.az/20230624/moskva-kiyeve-zaes-deki-insidentlere-gore-xeberdarliq-edib---rusiya-xn-456245311.html
Moskva Kiyevə ZAES-dəki insidentlərə görə xəbərdarlıq edib - Rusiya XİN
Moskva Kiyevə ZAES-dəki insidentlərə görə xəbərdarlıq edib - Rusiya XİN
Sputnik Azərbaycan
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, Kiyevi təxribatlardan çəkinməyə inandırmaq cəhdləri dəfələrlə, o cümlədən BAEA-nın baş direktoru Rafael... 24.06.2023, Sputnik Azərbaycan
2023-06-24T16:26+0400
2023-06-24T16:26+0400
2023-06-24T16:26+0400
atom elektrik stansiyası
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
xüsusi hərbi əməliyyat
mariya zaxarova
rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova
https://cdnn1.img.sputnik.az/img/07e6/09/02/445635302_0:134:3162:1913_1920x0_80_0_0_cd8c5349378e769181d09ba33e0200f1.jpg
BAKI, 24 iyun — Sputnik. Moskva Kiyevi Zaporojye AES-dəki insidentlərə qarşı xəbərdar edir, BAEA-nı obyektə edilən bütün hücumları qeydə almağa çağırır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib. Onun sözlərinə görə, Ukrayna hakimiyyəti Rusiyadan gələn nüvə riskləri haqqında dezinformasiya yaymaq üçün vəziyyətdən istifadə edir, baxmayaraq ki, əslində bu məlumatların əsas mənbəyi özləridir. "Mövcud şəraitdə biz Kiyevi və onu dəstəkləyən Qərb kuratorlarını ZAES-də baş verə biləcək ciddi insidentlərə qarşı bir daha xəbərdar edirik. BAEA və onun rəhbərliyini bu təşkilatın mütəxəssislərinin birbaşa zavodda olmasından istifadə edərək, bütün halları qeydə almağa çağırırıq. Ukrayna tərəfinin hücumlarına, gözlərini yummamağa və baş verənlərdə kimin günahkar olduğunu və bu obyektin təhlükəsiz fəaliyyətinə təhlükənin əslində haradan gəldiyini aydın şəkildə bildirmək lazımdır", - Rusiya XİN-in saytında yerləşdirilən bəyanatda deyilir. O qeyd edib ki, Kiyevi təxribatlardan çəkinməyə inandırmaq cəhdləri dəfələrlə, o cümlədən BAEA-nın baş direktoru Rafael Qrossinin vasitəçiliyi ilə edilib. "Lakin Ukrayna tərəfi eskalasiya yolunu seçib və onu dayandırmaq istəmir. Ən son nümunələrdən biri Ukraynanın mayın 30-da BMT Təhlükəsizlik Şurasının brifinqində BAEA baş direktorunun səsləndirdiyi tövsiyələri Stansiyanın nüvə və fiziki təhlükəsizliyinin gücləndirilməsi üzrə şurasının dəstəkləməkdən imtina etməsidir. Qeyd edək ki, Ukrayna hakimiyyəti Qrossinin sağlam təşəbbüslərini həmişə əngəlləyib", - Zaxarova əlavə edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/02/445635302_217:0:2946:2047_1920x0_80_0_0_e5e1d444dec091cc7d8fe43e76e0838d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
atom elektrik stansiyası, xüsusi hərbi əməliyyat, mariya zaxarova, rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova
atom elektrik stansiyası, xüsusi hərbi əməliyyat, mariya zaxarova, rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova
Moskva Kiyevə ZAES-dəki insidentlərə görə xəbərdarlıq edib - Rusiya XİN
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, Kiyevi təxribatlardan çəkinməyə inandırmaq cəhdləri dəfələrlə, o cümlədən BAEA-nın baş direktoru Rafael Qrossinin vasitəçiliyi ilə edilib.
BAKI, 24 iyun — Sputnik. Moskva Kiyevi Zaporojye AES-dəki insidentlərə qarşı xəbərdar edir, BAEA-nı obyektə edilən bütün hücumları qeydə almağa çağırır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
Onun sözlərinə görə, Ukrayna hakimiyyəti Rusiyadan gələn nüvə riskləri haqqında dezinformasiya yaymaq üçün vəziyyətdən istifadə edir, baxmayaraq ki, əslində bu məlumatların əsas mənbəyi özləridir.
"Mövcud şəraitdə biz Kiyevi və onu dəstəkləyən Qərb kuratorlarını ZAES-də baş verə biləcək ciddi insidentlərə qarşı bir daha xəbərdar edirik. BAEA və onun rəhbərliyini bu təşkilatın mütəxəssislərinin birbaşa zavodda olmasından istifadə edərək, bütün halları qeydə almağa çağırırıq. Ukrayna tərəfinin hücumlarına, gözlərini yummamağa və baş verənlərdə kimin günahkar olduğunu və bu obyektin təhlükəsiz fəaliyyətinə təhlükənin əslində haradan gəldiyini aydın şəkildə bildirmək lazımdır", - Rusiya XİN-in saytında yerləşdirilən bəyanatda deyilir.
O qeyd edib ki, Kiyevi təxribatlardan çəkinməyə inandırmaq cəhdləri dəfələrlə, o cümlədən BAEA-nın baş direktoru Rafael Qrossinin vasitəçiliyi ilə edilib.
"Lakin Ukrayna tərəfi eskalasiya yolunu seçib və onu dayandırmaq istəmir. Ən son nümunələrdən biri Ukraynanın mayın 30-da BMT Təhlükəsizlik Şurasının brifinqində BAEA baş direktorunun səsləndirdiyi tövsiyələri Stansiyanın nüvə və fiziki təhlükəsizliyinin gücləndirilməsi üzrə şurasının dəstəkləməkdən imtina etməsidir. Qeyd edək ki, Ukrayna hakimiyyəti Qrossinin sağlam təşəbbüslərini həmişə əngəlləyib", - Zaxarova əlavə edib.