SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Paşinyan Azərbaycan və Ermənistan XİN rəhbərlərinin gələn həftə görüşəcəyini açıqladı

© AP Photo / Michael SohnNikol Paşinyan
Nikol Paşinyan - Sputnik Azərbaycan, 1920, 22.06.2023
Abunə olmaq
Ermənistan baş nazirinin sözlərinə görə, Azərbaycan-Ermənistan münasibətlərində İrəvanın mövqeyi dəyişməz olaraq qalır.
BAKI, 22 iyun — Sputnik. Gələn həftə Vaşinqtonda Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında danışıqlar aparılacaq. Bunu Ermənistan Baş naziri Nikol Paşinyan Nazirlər Kabinetinin iclasında bildirib.
Onun sözlərinə görə, Azərbaycan-Ermənistan münasibətlərində İrəvanın mövqeyi dəyişməz olaraq qalır - sülhün əldə olunması və sülh müqaviləsinin imzalanması üçün bütün səylər göstərilməlidir.
"Gələn həftə Vaşinqtonda xarici işlər nazirləri arasında görüş keçiriləcək. Bizim nümayəndə heyəti bu yanaşma ilə ABŞ-a gedir", - deyə Paşinyan bildirib.
Ermənistan və Azərbaycan XİN rəhbərləri arasında müzakirələrin növbəti raundu iyunun 12-də Vaşinqtonda keçirilməli idi, lakin rəsmi Bakının xahişi ilə görüş təxirə salınmışdı. Vaşinqtonda nazirlərin əvvəlki danışıqları 4 gün (1-4 may) davam edib. XİN rəhbərləri ABŞ dövlət katibi Entoni Blinkenlə iki dəfə görüşüblər. Danışıqlardan sonra ABŞ dövlət katibi Ermənistan və Azərbaycanın sülh sazişinin imzalanması istiqamətində mühüm irəliləyiş əldə etdiyini bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0