Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Gəncə və Göygöldə su basan ərazilərdə tədbirlər görülür

© Photo : Ministry of Emergency Situations (Azerbaijan)Gəncə və Göygöldə su basan ərazilərdə tədbirlər görülür
Gəncə və Göygöldə su basan ərazilərdə tədbirlər görülür - Sputnik Azərbaycan, 1920, 22.06.2023
Abunə olmaq
Su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması, o cümlədən Gəncə şəhərindəki süni göldə suyun səviyyəsinin endirilməsi və digər zəruri təhlükəsizlik tədbirləri həyata keçirilir.
BAKI, 22 iyun — Sputnik. Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə intensiv yağıntılar səbəbindən Gəncə və Göygöl şəhərlərində bəzi fərdi yaşayış evləri, həyətyanı sahələr və digər ərazilərin subasmaya məruz qalması, həmçinin Gəncə şəhərindəki parkın ərazisində yaradılmış süni göldə suyun səviyyəsinin yenidən artması nəticəsində ətraf ərazilərə yaranan təhlükə ilə bağlı məlumatlar daxil olub.
FHN-in Mətbuat xidmətindən verilən məlumata görə, qeyd olunanlarla əlaqədar nazirliyin müvafiq olaraq Gəncə Regional Mərkəzi və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub.
Nazirliyin qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması, o cümlədən Gəncə şəhərindəki süni göldə suyun səviyyəsinin endirilməsi və digər zəruri təhlükəsizlik tədbirləri həyata keçirilir.
Yağışdan sonra vəziyyət - Sputnik Azərbaycan, 1920, 22.06.2023
HADİSƏ
Leysan yağışları nəticəsində Gəncəni su basıb
Xəbər lenti
0