https://sputnik.az/20230622/fransa-azerbaycani-niye-hedef-alib-456130040.html
Fransa Azərbaycanı niyə hədəf alıb?
Fransa Azərbaycanı niyə hədəf alıb?
Sputnik Azərbaycan
Millət vəkilinin sözlərinə görə, Fransa imkan versəydi, bəlkə də Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmışdı. 22.06.2023, Sputnik Azərbaycan
2023-06-22T10:00+0400
2023-06-22T10:00+0400
2023-06-22T10:00+0400
fransa
siyasət
ermənistan
sülh sazişi
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/14/425514694_0:0:3072:1728_1920x0_80_0_0_010f65130a8302335607f622aa2a902f.jpg
BAKI, 22 iyun — Sputnik. Fransa xarici işlər naziri Ketrin Kolonna deyib ki, ölkəsi ədalətli sülhə nail olmaq üçün Ermənistanın yanında olacaq. Sputnik Azərbaycan Fransanın bu davranışları fonunda Azərbaycanın hansı addımlar ata biləcəyini öyrənməyə çalışıb. Mövzu ilə bağlı millət vəkili Ceyhun Məmmədov və politoloq Tural İsmayılov fikirlərini bölüşüb. Fransa imkan versəydi, bəlkə də Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmışdı Millət vəkili Ceyhun Məmmədov bildirib ki, Fransa rəsmiləri tərəfindən bu cür açıqlamaların verilməsi ilk dəfə baş vermir: "Fransa uzun illərdir ki, qərəzli mövqe nümayiş etdirir. Fransa Ermənistanın yox, haqqın, ədalətin yanında olmalı və sülh prosesini dəstəkləməlidir. Təəssüf ki, Fransadan verilən bütün bəyanatlar, atılan addımlar sülh prosesinə mane olmağa hesablanıb". Millət vəkilinin sözlərinə görə, Fransa imkan versəydi, bəlkə də Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmışdı: "Sülh prosesinə mane olmaq istəyən qüvvələrin başında da Fransa dayanır. Fransa ilə bağlı Azərbaycan tərəfi ən yüksək səviyyədə mövqeyini ifadə edib. Fransa anlamlıdır ki, onun bu açıqlamaları, cəhdləri bölgədə cərəyan edən proseslərə heç bir müsbət təsir göstərə bilməz". Azərbaycan Fransanın vasitəçiliyini də qəbuledilməz sayır "Bu gün Azərbaycan bölgədə qalıcı və uzunmüddətli sülhün tərəfdarı olduğunu bildirir. Rusiya tərəfi bununla bağlı müəyyən addımlar atır. Gözləntimiz odur ki, Fransa da obyektivliyini qorumaqla sağlam mövqe nümayiş etdirsin. Fransanın heç bir perspektivi olmayan bu mövqeyini davam etdirməsi təəssüf doğurur", - deyə millət vəkili qeyd edib. Onun sözlərinə görə, Azərbaycan Fransanın vasitəçiliyini də qəbuledilməz sayır: "Moldovada keçirilən görüşdə də Fransa prezidenti iştirak etmək üçün xahiş etdiyinə görə gəlib masada əyləşmişdi. Fransa həmişə birtərəfli mövqe nümayiş etdirdiyi üçün yeni reallıqlar şəraitində də onun vasitəçiliyinin bir mənası yoxdur. Ona görə də, Azərbaycan Fransanın vasitəçilər sırasında olması ilə razılaşmayacaq". Fransa diplomatlarının verdiyi açıqlamalar Azərbaycan tərəfini təəccübləndirmir Politoloq Tural İsmayılov isə hesab edir ki, rəsmi Paris hər zaman ədalətsiz mövqe nümayiş etdirdiyi üçün bu gün Fransa diplomatlarının verdiyi açıqlamalar Azərbaycan tərəfini təəccübləndirmir: "Amma qeyd etməliyik ki, bu cür münasibət məhz Fransanın özünə zərər vurub. Fransanın Cənubi Qafqazdakı mövqeləri sıradan çıxıb desək yanılmarıq. Görünən odur ki, bütün bunlar da Fransa üçün dərs olmayıb". T.İsmayılov bildirib ki, həm 30 ilə yaxın davam etmiş işğal dövründə, həm də post-müharibə dövründə Fransa açıq-aşkar Ermənistanın arxasında dayanıb və onların maraqlarının qorunması üçün əlindən gələni edib: "Amma reallıq tamam başqadır. Fransa kimi bir ölkə Cənubi Qafqazın mühüm strateji əhəmiyyət daşıyan ölkəsi Azərbaycanı itirmək istəməz, onların belə bir seçimi də yoxdur. Çünki bu gün beynəlxalq geosiyasi gərginliklər fonunda Azərbaycan enerji təhlükəsizliyinə töhfə verir. Fransanın birtərəfli mövqeyi ucbatından zədələnmiş Azərbaycan-Fransa münasibətlərində də itirən rəsmi Parisdir". Fransadan güc alan Ermənistan davam edən sülh prosesini pozmaq üçün cəsarətlənib Politoloqun sözlərinə görə, Fransadan güc alan Ermənistan davam edən sülh prosesini pozmaq üçün cəsarətlənib: "Məhz Fransadan güc alan Ermənistan sərhəd xəttində təxribatlar törətməyə çalışır. Eyni zamanda həyasızcasına Azərbaycanı ittiham edir. Çünki Paşinyan hakimiyyəti Qərbin donorluğu altında təxribatçı tapşırıqların icrası ilə məşğuldurlar". "Əslində bu, bizim üçün yeni həqiqət deyil. Görünən odur ki, Fransa üçün bölgədə sülh və sabitliyin bərqərar olması əlverişli deyil. Fransa Ermənistan vasitəsilə Azərbaycan və Türkiyəyə təzyiqlər etmək xəyalına düşüb. Azərbaycan isə mümkün diplomatik vasitələrlə Fransanın təxribatçı mövqeyinə tutarlı şəkildə cavablar verib və bundan sonra da bu proses davam etdiriləcək", - deyə politoloq fikirlərini yekunlaşdırıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/14/425514694_341:0:3072:2048_1920x0_80_0_0_b4bed2566077707a7a6b5ff59443db0b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
fransa, ermənistan, sülh sazişi
fransa, ermənistan, sülh sazişi
Fransa Azərbaycanı niyə hədəf alıb?
Millət vəkilinin sözlərinə görə, Fransa imkan versəydi, bəlkə də Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmışdı.
BAKI, 22 iyun — Sputnik. Fransa xarici işlər naziri Ketrin Kolonna deyib ki, ölkəsi ədalətli sülhə nail olmaq üçün Ermənistanın yanında olacaq.
Sputnik Azərbaycan Fransanın bu davranışları fonunda Azərbaycanın hansı addımlar ata biləcəyini öyrənməyə çalışıb.
Mövzu ilə bağlı millət vəkili Ceyhun Məmmədov və politoloq Tural İsmayılov fikirlərini bölüşüb.
Fransa imkan versəydi, bəlkə də Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmışdı
Millət vəkili Ceyhun Məmmədov bildirib ki, Fransa rəsmiləri tərəfindən bu cür açıqlamaların verilməsi ilk dəfə baş vermir: "Fransa uzun illərdir ki, qərəzli mövqe nümayiş etdirir. Fransa Ermənistanın yox, haqqın, ədalətin yanında olmalı və sülh prosesini dəstəkləməlidir. Təəssüf ki, Fransadan verilən bütün bəyanatlar, atılan addımlar sülh prosesinə mane olmağa hesablanıb".
Millət vəkilinin sözlərinə görə, Fransa imkan versəydi, bəlkə də Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmışdı: "Sülh prosesinə mane olmaq istəyən qüvvələrin başında da Fransa dayanır. Fransa ilə bağlı Azərbaycan tərəfi ən yüksək səviyyədə mövqeyini ifadə edib. Fransa anlamlıdır ki, onun bu açıqlamaları, cəhdləri bölgədə cərəyan edən proseslərə heç bir müsbət təsir göstərə bilməz".
Azərbaycan Fransanın vasitəçiliyini də qəbuledilməz sayır
"Bu gün Azərbaycan bölgədə qalıcı və uzunmüddətli sülhün tərəfdarı olduğunu bildirir. Rusiya tərəfi bununla bağlı müəyyən addımlar atır. Gözləntimiz odur ki, Fransa da obyektivliyini qorumaqla sağlam mövqe nümayiş etdirsin. Fransanın heç bir perspektivi olmayan bu mövqeyini davam etdirməsi təəssüf doğurur", - deyə millət vəkili qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan Fransanın vasitəçiliyini də qəbuledilməz sayır: "Moldovada keçirilən görüşdə də Fransa prezidenti iştirak etmək üçün xahiş etdiyinə görə gəlib masada əyləşmişdi. Fransa həmişə birtərəfli mövqe nümayiş etdirdiyi üçün yeni reallıqlar şəraitində də onun vasitəçiliyinin bir mənası yoxdur. Ona görə də, Azərbaycan Fransanın vasitəçilər sırasında olması ilə razılaşmayacaq".
Fransa diplomatlarının verdiyi açıqlamalar Azərbaycan tərəfini təəccübləndirmir
Politoloq Tural İsmayılov isə hesab edir ki, rəsmi Paris hər zaman ədalətsiz mövqe nümayiş etdirdiyi üçün bu gün Fransa diplomatlarının verdiyi açıqlamalar Azərbaycan tərəfini təəccübləndirmir: "Amma qeyd etməliyik ki, bu cür münasibət məhz Fransanın özünə zərər vurub. Fransanın Cənubi Qafqazdakı mövqeləri sıradan çıxıb desək yanılmarıq. Görünən odur ki, bütün bunlar da Fransa üçün dərs olmayıb".
T.İsmayılov bildirib ki, həm 30 ilə yaxın davam etmiş işğal dövründə, həm də post-müharibə dövründə Fransa açıq-aşkar Ermənistanın arxasında dayanıb və onların maraqlarının qorunması üçün əlindən gələni edib: "Amma reallıq tamam başqadır. Fransa kimi bir ölkə Cənubi Qafqazın mühüm strateji əhəmiyyət daşıyan ölkəsi Azərbaycanı itirmək istəməz, onların belə bir seçimi də yoxdur. Çünki bu gün beynəlxalq geosiyasi gərginliklər fonunda Azərbaycan enerji təhlükəsizliyinə töhfə verir. Fransanın birtərəfli mövqeyi ucbatından zədələnmiş Azərbaycan-Fransa münasibətlərində də itirən rəsmi Parisdir".
Fransadan güc alan Ermənistan davam edən sülh prosesini pozmaq üçün cəsarətlənib
Politoloqun sözlərinə görə, Fransadan güc alan Ermənistan davam edən sülh prosesini pozmaq üçün cəsarətlənib: "Məhz Fransadan güc alan Ermənistan sərhəd xəttində təxribatlar törətməyə çalışır. Eyni zamanda həyasızcasına Azərbaycanı ittiham edir. Çünki Paşinyan hakimiyyəti Qərbin donorluğu altında təxribatçı tapşırıqların icrası ilə məşğuldurlar".
"Əslində bu, bizim üçün yeni həqiqət deyil. Görünən odur ki, Fransa üçün bölgədə sülh və sabitliyin bərqərar olması əlverişli deyil. Fransa Ermənistan vasitəsilə Azərbaycan və Türkiyəyə təzyiqlər etmək xəyalına düşüb. Azərbaycan isə mümkün diplomatik vasitələrlə Fransanın təxribatçı mövqeyinə tutarlı şəkildə cavablar verib və bundan sonra da bu proses davam etdiriləcək", - deyə politoloq fikirlərini yekunlaşdırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.