https://sputnik.az/20230622/danisiqlarin-novbeti-raunduna-ev-sahibliyi-etmeyi-sebirsizlikle-gozleyirik---vedant-patel-456138023.html
Danışıqların növbəti raunduna ev sahibliyi etməyi səbirsizliklə gözləyirik - Vedant Patel
Danışıqların növbəti raunduna ev sahibliyi etməyi səbirsizliklə gözləyirik - Vedant Patel
Sputnik Azərbaycan
ABŞ Dövlət Departamentinin Mətbuat Xidmətinin rəhbərinin müavini bildirib ki, əgər Rusiya bu məsələdə konstruktiv rol oynaya biləcəyinə inanırsa, təbii ki... 22.06.2023, Sputnik Azərbaycan
2023-06-22T10:37+0400
2023-06-22T10:37+0400
2023-06-22T10:47+0400
abş dövlət departamenti
rusiya
cənubi qafqaz
https://cdnn1.img.sputnik.az/img/07e5/03/04/426375397_0:166:3051:1882_1920x0_80_0_0_778f09e692be8697cf892d42bee5430f.jpg
BAKI, 22 iyun — Sputnik. ABŞ tezliklə Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının yeni mərhələsinə ev sahibliyi edəcək. Bunu ABŞ Dövlət Departamentinin Mətbuat Xidmətinin rəhbərinin müavini Vedant Patel brifinqdə deyib. "Tərəflər Cənubi Qafqaz regionunda dinc gələcəyə səy göstərməyə davam etdikcə, biz tezliklə Vaşinqtonda danışıqların növbəti raunduna ev sahibliyi etməyi səbirsizliklə gözləyirik. Biz inanırıq ki, birbaşa dialoq problemlərin həlli və sülhə nail olmaq üçün açardır", - deyə Patel bildirib. O, Rusiyanın bölgədə nizamlanmaya yönəlmiş vasitəçilik səylərindən də danışıb: "Əgər Rusiya bu məsələdə konstruktiv rol oynaya biləcəyinə inanırsa, təbii ki, bunu etməkdə azaddır. Biz danışıqların irəlilədiyinə inanırıq. Birləşmiş Ştatlar burada mühüm tərəfdaş kimi çıxış edir və dövlət katibi Antoni Blinken prosesə şəxsən nəzarət edir".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/03/04/426375397_159:0:2890:2048_1920x0_80_0_0_59e88377464f4f920bd99f730a646a7f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
abş dövlət departamenti, cənubi qafqaz
abş dövlət departamenti, cənubi qafqaz
Danışıqların növbəti raunduna ev sahibliyi etməyi səbirsizliklə gözləyirik - Vedant Patel
10:37 22.06.2023 (Yenilənib: 10:47 22.06.2023) ABŞ Dövlət Departamentinin Mətbuat Xidmətinin rəhbərinin müavini bildirib ki, əgər Rusiya bu məsələdə konstruktiv rol oynaya biləcəyinə inanırsa, təbii ki, bunu etməkdə azaddır.
BAKI, 22 iyun — Sputnik. ABŞ tezliklə Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının yeni mərhələsinə ev sahibliyi edəcək.
Bunu ABŞ Dövlət Departamentinin Mətbuat Xidmətinin rəhbərinin müavini Vedant Patel brifinqdə deyib.
"Tərəflər Cənubi Qafqaz regionunda dinc gələcəyə səy göstərməyə davam etdikcə, biz tezliklə Vaşinqtonda danışıqların növbəti raunduna ev sahibliyi etməyi səbirsizliklə gözləyirik. Biz inanırıq ki, birbaşa dialoq problemlərin həlli və sülhə nail olmaq üçün açardır", - deyə Patel bildirib.
O, Rusiyanın bölgədə nizamlanmaya yönəlmiş vasitəçilik səylərindən də danışıb: "Əgər Rusiya bu məsələdə konstruktiv rol oynaya biləcəyinə inanırsa, təbii ki, bunu etməkdə azaddır. Biz danışıqların irəlilədiyinə inanırıq. Birləşmiş Ştatlar burada mühüm tərəfdaş kimi çıxış edir və dövlət katibi Antoni Blinken prosesə şəxsən nəzarət edir".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.