https://sputnik.az/20230621/merkezi-bank-bu-il-uzre-inflyasiya-proqnozunu-aciqlayib-456100857.html
Mərkəzi Bank bu il üzrə inflyasiya proqnozunu açıqlayıb
Mərkəzi Bank bu il üzrə inflyasiya proqnozunu açıqlayıb
Sputnik Azərbaycan
Mərkəzi Bankın proqnozuna görə, idxal qiymətləri indekslərinin artım templəri ikirəqəmli səviyyədə qalır. 21.06.2023, Sputnik Azərbaycan
2023-06-21T12:33+0400
2023-06-21T12:33+0400
2023-06-21T12:33+0400
mərkəzi bank
iqtisadiyyat
inflyasiya
https://cdnn1.img.sputnik.az/img/07e5/06/08/427157828_0:286:3011:1980_1920x0_80_0_0_70fa857dee77906e4ba82e202252cd45.jpg
BAKI, 21 iyun — Sputnik. Azərbaycan Mərkəzi Bankı (AMB) bu il üzrə inflyasiya proqnozunu yenidən sabit saxlayıb. Bu barədə AMB-nin pul siyasəti ilə bağlı qərarında bildirilib. Qeyd edilib ki, inflyasiya amilləri balansında ötən iclasdan bəri əhəmiyyətli dəyişiklik baş verməsə də, strukturunda yerdəyişmələr olub. İnflyasiyanın xarici mühitinin yüksək dəyişkənliyi, məcmu tələbin izafi genişlənməsi başlıca risk mənbələri kimi qiymətləndirilə bilər. 2023-cü ilin 5 ayında əhalinin nominal gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 14.7% artıb. Qlobal maliyyə sisteminin sabitliyinin pozulması, bir sıra inkişaf etmiş ölkələrdə resessiya təhlükəsinin mövcudluğu və geosiyasi gərginlik müxtəlif kanallarla inflyasiya proseslərinə təsir potensialını saxlayır. İdxal qiymətləri indekslərinin artım templəri ikirəqəmli səviyyədə qalır. Baza ssenari üzrə fərziyyələrlə 2023-cü ildə illik inflyasiyanın 8.3% olacağı proqnozu dəyişməz qalır. Mərkəzi Bank əlavə edib ki, sadalanan faktorlarla yanaşı son aylarda xarici inflyasiya təzyiqlərinin zəifləməsi, eləcə də ötən ildən bəri qəbul edilən pul siyasəti və makroprudensial siyasət qərarlarının təsiri ilin qalan dövründə inflyasiya proqnozunun azaldılmasına şərait yaradır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/06/08/427157828_164:0:2895:2048_1920x0_80_0_0_59c26546f7c11b2d7ea6073d6ee28b51.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
mərkəzi bank, inflyasiya
Mərkəzi Bank bu il üzrə inflyasiya proqnozunu açıqlayıb
Mərkəzi Bankın proqnozuna görə, idxal qiymətləri indekslərinin artım templəri ikirəqəmli səviyyədə qalır.
BAKI, 21 iyun — Sputnik. Azərbaycan Mərkəzi Bankı (AMB) bu il üzrə inflyasiya proqnozunu yenidən sabit saxlayıb.
Bu barədə AMB-nin pul siyasəti ilə bağlı qərarında bildirilib.
Qeyd edilib ki, inflyasiya amilləri balansında ötən iclasdan bəri əhəmiyyətli dəyişiklik baş verməsə də, strukturunda yerdəyişmələr olub. İnflyasiyanın xarici mühitinin yüksək dəyişkənliyi, məcmu tələbin izafi genişlənməsi başlıca risk mənbələri kimi qiymətləndirilə bilər. 2023-cü ilin 5 ayında əhalinin nominal gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 14.7% artıb. Qlobal maliyyə sisteminin sabitliyinin pozulması, bir sıra inkişaf etmiş ölkələrdə resessiya təhlükəsinin mövcudluğu və geosiyasi gərginlik müxtəlif kanallarla inflyasiya proseslərinə təsir potensialını saxlayır. İdxal qiymətləri indekslərinin artım templəri ikirəqəmli səviyyədə qalır. Baza ssenari üzrə fərziyyələrlə 2023-cü ildə illik inflyasiyanın 8.3% olacağı proqnozu dəyişməz qalır.
Mərkəzi Bank əlavə edib ki, sadalanan faktorlarla yanaşı son aylarda xarici inflyasiya təzyiqlərinin zəifləməsi, eləcə də ötən ildən bəri qəbul edilən pul siyasəti və makroprudensial siyasət qərarlarının təsiri ilin qalan dövründə inflyasiya proqnozunun azaldılmasına şərait yaradır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.