DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Tokayev və Ştaynmayer əməkdaşlığı müzakirə ediblər

© Photo : Official website of the President of the Republic of KazakhstanQazaxıstan və Almaniya prezidentləri Kasım-Jomart Tokayev və Frank-Valter Ştaynmayer
Qazaxıstan və Almaniya prezidentləri Kasım-Jomart Tokayev və Frank-Valter Ştaynmayer - Sputnik Azərbaycan, 1920, 20.06.2023
Abunə olmaq
Çərşənbə axşamı keçirilmiş görüşdə prezidentlər Qazaxıstan-Almaniya strateji tərəfdaşlığının vəziyyətini və inkişaf perspektivlərini müzakirə ediblər.
BAKI, 20 iyun — Sputnik. Qazaxıstan və Almaniya prezidentləri Kasım-Jomart Tokayev və Frank-Valter Ştaynmayer Astanada apardıqları danışıqlarda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun(TBNM ) inkişafında əməkdaşlığın intensivləşdirilməsinin vacibliyini qeyd ediblər. Bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat yayıb.
Ştaynmayer bir gün əvvəl Tokayevin dəvəti ilə Qazaxıstana dövlət səfərinə gəlib. Çərşənbə axşamı keçirilmiş görüşdə prezidentlər Qazaxıstan-Almaniya strateji tərəfdaşlığının vəziyyətini və inkişaf perspektivlərini müzakirə ediblər.
Həmsöhbətlər siyasi dialoqun gücləndirilməsinə, ticarət-iqtisadi, investisiya, enerji, nəqliyyat və logistika sahələrində əməkdaşlığın dərinləşdirilməsinə xüsusi diqqət yetiriblər.

"Transxəzər beynəlxalq nəqliyyat marşrutunun inkişafı çərçivəsində qarşılıqlı fəaliyyətin intensivləşdirilməsinin, neft-qaz, yaşıl enerji və sənaye sahələrində qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb", - məlumatda deyilir.

Tokayev və Ştaynmayer beynəlxalq və regional gündəliyin aktual məsələləri ətrafında da fikir mübadiləsi aparıblar.
Qazaxıstan liderinin mətbuat xidmətinin qeyd edib ki, təkbətək danışıqlar dostluq şəraitində keçib, konstruktiv və mənalı olub.
Transxəzər marşrutu Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan ərazisindən keçərək Türkiyə və Avropa ölkələrinə uzanan beynəlxalq nəqliyyat dəhlizidir. Layihənin icrasına 2013-cü ildə başlanılıb. TBNM Assosiasiyasına səkkiz ölkədən dəmir yolu idarələri, limanlar, gəmiçilik və digər nəqliyyat şirkətləri daxil olmaqla 20 qdaxildir. Bu nəqliyyat marşrutu Bakı-Tbilisi-Qars dəmir yolu dəhlizin bir hissəsidir. Bu da Çindən Avropaya yüklərin çatdırılma müddətini üç dəfə azaltmağa imkan verir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0