https://sputnik.az/20230616/deputat-fransa-veziyyeti-gerginlesdirmek-siyasetini-davam-etdirir-455961098.html
Deputat: Fransa vəziyyəti gərginləşdirmək siyasətini davam etdirir
Deputat: Fransa vəziyyəti gərginləşdirmək siyasətini davam etdirir
Sputnik Azərbaycan
Millət vəkili bildirib ki, Fransanın Cənubi Qafqazla bağlı siyasəti, xüsusilə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesində tutduğu... 16.06.2023, Sputnik Azərbaycan
2023-06-16T12:20+0400
2023-06-16T12:20+0400
2023-06-16T12:20+0400
deputat
azərbaycan-ermənistan sərhədində vəziyyət
fransa
https://cdnn1.img.sputnik.az/img/07e6/02/16/439431609_0:0:1000:563_1920x0_80_0_0_c43d0bfdfbb88804c50fb99a10b62a88.jpg
BAKI, 16 iyun - Sputnik. “Fransanın Avropa və xarici işlər naziri Katrin Kolonna Avropa Parlamentində müzakirələr zamanı Azərbaycanla bağlı növbəti dəfə əsassız mülahizələrlə çıxış edib. Azərbaycanın öz suveren ərazilərində nəzarət-buraxılış məntəqəsi yaratması ilə bağlı əsassız fikirlər səsləndirib. Bu, bir daha göstərir ki, Fransa Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesində obyektiv və tərəfsiz mövqe tutmur. Əksinə vəziyyəti gərginləşdirmək siyasətini davam etdirir”. Bu sözləri Milli Məclisin deputatı Soltan Məmmədov parlamentin növbədənkənar sessiyası çərçivəsində iyunun 16-da keçirilən plenar iclasında çıxışı zamanı deyib. Ötən həftə deputat həmkarları ilə Fransada səfərdə olduğunu xatırladan S.Məmmədov Fransa Milli Assambleyasının Azərbaycanla dostluq qrupunun rəhbəri Pyer Vatanla görüşdüyünü vurğulayıb:“Bütün görüşlər zamanı bir daha vurğuladıq ki, əlaqələrdə mövcud böhranın aradan qaldırılması üçün ilk növbədə Fransa tərəfinin öz siyasətinə yenidən baxmasına ehtiyac var. Fransa parlamentinin hər iki palatasında Azərbaycanın haqlı, ədalətli mövqeyini anlayışla qarşılayan həmkarlarımız hökumətlərinin yürütdüyü siyasətin yanlış olduğunu cəmiyyətə çatdırmaq üçün daha fəal iş aparmalıdır. Biz də bu məsələdə səlahiyyətlərimiz çərçivəsində zəruri dəstəyi verməyə hazır olduğumuzu bildirdik. Fransa parlamentində Cənubi Qafqazdakı reallıqları düzgün qiymətləndirməyi bacaran, Azərbaycanın regional və qlobal proseslərdə artan rolunu başa düşən həmkarlarımızla daha sıx işləməyi düşünürük”, deyə - deputat əlavə edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/02/16/439431609_82:0:969:665_1920x0_80_0_0_332a4b60d25f5e51cdf617fdf95030e6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
deputat, fransa
Deputat: Fransa vəziyyəti gərginləşdirmək siyasətini davam etdirir
Millət vəkili bildirib ki, Fransanın Cənubi Qafqazla bağlı siyasəti, xüsusilə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesində tutduğu mövqeyi heç də Fransadakı bütün siyasətçilər dəstəkləmir.
BAKI, 16 iyun - Sputnik. “Fransanın Avropa və xarici işlər naziri Katrin Kolonna Avropa Parlamentində müzakirələr zamanı Azərbaycanla bağlı növbəti dəfə əsassız mülahizələrlə çıxış edib. Azərbaycanın öz suveren ərazilərində nəzarət-buraxılış məntəqəsi yaratması ilə bağlı əsassız fikirlər səsləndirib. Bu, bir daha göstərir ki, Fransa Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesində obyektiv və tərəfsiz mövqe tutmur. Əksinə vəziyyəti gərginləşdirmək siyasətini davam etdirir”.
Bu sözləri Milli Məclisin deputatı Soltan Məmmədov parlamentin növbədənkənar sessiyası çərçivəsində iyunun 16-da keçirilən plenar iclasında çıxışı zamanı deyib.
Ötən həftə deputat həmkarları ilə Fransada səfərdə olduğunu xatırladan S.Məmmədov Fransa Milli Assambleyasının Azərbaycanla dostluq qrupunun rəhbəri Pyer Vatanla görüşdüyünü vurğulayıb:
“Fransalı həmkarlarımız da son illərdə ölkələrimizin qarşılıqlı münasibətlərində yaranan anlaşılmazlıqlardan narahatdır. Fransanın Cənubi Qafqazla bağlı siyasəti, xüsusilə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesində tutduğu mövqeyi heç də Fransadakı bütün siyasətçilər dəstəkləmir”.
“Bütün görüşlər zamanı bir daha vurğuladıq ki, əlaqələrdə mövcud böhranın aradan qaldırılması üçün ilk növbədə Fransa tərəfinin öz siyasətinə yenidən baxmasına ehtiyac var. Fransa parlamentinin hər iki palatasında Azərbaycanın haqlı, ədalətli mövqeyini anlayışla qarşılayan həmkarlarımız hökumətlərinin yürütdüyü siyasətin yanlış olduğunu cəmiyyətə çatdırmaq üçün daha fəal iş aparmalıdır. Biz də bu məsələdə səlahiyyətlərimiz çərçivəsində zəruri dəstəyi verməyə hazır olduğumuzu bildirdik. Fransa parlamentində Cənubi Qafqazdakı reallıqları düzgün qiymətləndirməyi bacaran, Azərbaycanın regional və qlobal proseslərdə artan rolunu başa düşən həmkarlarımızla daha sıx işləməyi düşünürük”, deyə - deputat əlavə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.