NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

FED-in faiz qərarı öncəsi neft bir qədər bahalaşıb

© AP Photo / Richard DrewBirja, arxiv şəkli
Birja, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 14.06.2023
Abunə olmaq
Bu gün faiz qərarını açıqlayacaq FED-in 15 aydan sonra ilk dəfə faiz artırmayacağı və faiz dərəcəsini 5-5,25 faiz aralığında saxlayacağı gözlənilir.
BAKI, 14 iyun — Sputnik. İnvestorlar ABŞ Federal Ehtiyat Sisteminin (FED) iyun iclasının nəticəsini, Çindən gələn əsas iqtisadi məlumatları və ABŞ xam neft ehtiyatları ilə bağlı göstəriciləri gözləyərkən neft bir qədər bahalaşıb.
"Brent" markalı neftin qiyməti 9 sent barel üçün 74,38 dollar, ABŞ-ın "WTI" nefti 1 sent artaraq 69,43 dollar olub.
Azərbaycan neftinin (“Azeri Light”) bir barelinin qiyməti 1,67 dollar artaraq 76,77 dollar olub.
Qiymətlər Çin Mərkəzi Bankının qısamüddətli kredit faizini aşağı salmasından sonra yanacağa tələbatın artması ümidi ilə 3%-dən çox yüksəlib.
Bazar iştirakçıları FED-in faiz artımlarını dayandıracağını gözləyirlər. Bu gün faiz qərarını açıqlayacaq FED-in 15 aydan sonra ilk dəfə faiz artırmayacağı və faiz dərəcəsini 5-5,25 faiz aralığında saxlayacağı gözlənilir. Ancaq qarşıdakı aylarda da sərtləşmənin davam edəcəyi mesajını vermək mümkün görünür. FED sədri Jerom Povel faiz artımlarının təsirini görmək üçün iyun ayında faiz artımlarının dayandırılması siqnalını vermişdi. Artımların dayandırılması iqtisadi artıma və neft tələbinə təkan verəcək, qiymətləri dəstəkləyəcək.
Xatırladaq ki, 2022-ci ildə "Azeri Light" markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib.
2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il "Azeri Light" nefti 44,6% bahalaşıb. 2022-ci il ərzində "Azeri Light" markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 ABŞ dolları, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 ABŞ dolları olub.
Onu da əlavə edək ki, Azərbaycanın 2023-cü il üzrə dövlət büdcəsində "Azeri Light" markalı neftin 1 barelinin qiyməti 50 ABŞ dollarından 60 ABŞ dollarına qaldırılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0