DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

NATO-nun Çindən gələn çağırışlarla məşğul olması vacibdir - Stoltenberq

© Sputnik / Алексей Витвицкий / Mediabanka keçidNATO loqosu
NATO loqosu - Sputnik Azərbaycan, 1920, 13.06.2023
Abunə olmaq
NATO-nun baş katibinin sözlərinə görə, Avropada baş verənlər Asiyaya təsir edir, Asiyada baş verənlər isə Avropa üçün vacibdir.
BAKI, 13 iyun — Sputnik. Rusiya və Çin getdikcə daha sıx əməkdaşlıq edir. Bu fikri bazar ertəsi yayımlanan PBS telekanalına müsahibəsində NATO-nun baş katibi Yens Stoltenberq bildirib.
"Avropada baş verənlər Asiyaya təsir edir, Asiyada baş verənlər isə Avropa üçün vacibdir. Çin və Rusiya getdikcə yaxınlaşır, böyük dəniz təlimi keçirdilər. Buna görə də NATO-nun Çindən gələn çağırışlarla da məşğul olması vacibdir", - deyə baş katib bildirib.
Daha əvvəl Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, NATO sülh və sabitlik gətirmir, onun mövcud olduğu regionlarda sabitliyi pozan strukturdur.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Van Venbin də bildirib ki, Çin və digər Asiya ölkələri regionda hər hansı hərbi blokların yaradılmasına qarşıdırlar və burada "soyuq və ya isti müharibə"nin başlamasına imkan verməyəcəklər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0