SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan Prezidenti: "Əfsuslar olsun ki, beynəlxalq hüquq çalışmır"

İlham Əliyev, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 13.06.2023
Abunə olmaq
Azərbaycan lideri bildirib ki, Türkiyə ilə ticarət dövriyyəmiz sürətlə artıb, illik 6 milyard ABŞ dollarına yaxınlaşıb və bundan sonra da artacaq.
BAKI, 13 iyun — Sputnik. "Mən İkinci Qarabağ müharibəsindən sonra demişdim ki, bundan sonra Azərbaycan Ordusu Türkiyə modeli əsasında inkişaf edəcək. Biz bunu əyani şəkildə görürük. Bu dəstəyə görə də Sizə (Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana – red.) xüsusi təşəkkürümü bildirmək istəyirəm".
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 13-də Bakıda Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatı zamanı deyib.
"Bugünkü dünyada güc faktoru ön plana çıxır. Əfsuslar olsun ki, beynəlxalq hüquq çalışmır. Biz bunu 30 illik işğal dönəmində görmüşdük və aparılan müzakirələr, danışıqlar heç bir nəticəyə gətirib çıxarmadı. Nəticəyə gətirib çıxaran bizim gücümüz oldu. Ona görə də bundan sonra da birgə fəaliyyət istiqamətində aparılacaq işlər bizim gücümüzü daha da artıracaq. Həm bölgədə, həm də dünyada", - deyə Azərbaycan Prezidenti bildirib.
Azərbaycan lideri bildirib ki, Türkiyə ilə ticarət dövriyyəmiz sürətlə artıb, illik 6 milyard ABŞ dollarına yaxınlaşıb və bundan sonra da artacaq.
"Artımı birlikdə həyata keçirəcəyimiz layihələr təmin edəcək. Azərbaycanın Türkiyəyə xüsusilə təbii qaz ixracı artmaqdadır. Bu rəqəm ildən-ilə artır və bu gün biz razılığa gəldik ki, bundan sonra da artacaq", - deyə dövlət başçısı qeyd edib.
Azərbaycan Prezidentinin sözlərinə görə, Türkiyə-Azərbaycan birgə universitetinin yaradılması istiqamətində danışıqlar son mərhələdədir: "Biz çox ümid edirik ki, yaxın gələcəkdə, yaxın aylarda bu məsələ də öz həllini tapacaq və bizim qardaşlıq münasibətlərimizə daha bir töhfə veriləcək".
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə - Sputnik Azərbaycan, 1920, 13.06.2023
SİYASƏT
Türkiyə prezidentindən Azərbaycana beş uşaq tövsiyəsi - VİDEO
Xəbər lenti
0