NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Azərbaycan neftinin ucuzlaşmasının səbəbi nədir?

© AP Photo / Jae C. HongНефтяные качалки
Нефтяные качалки  - Sputnik Azərbaycan, 1920, 13.06.2023
Abunə olmaq
Energetika naziri Pərviz Şahbazovun paylaşımında qeyd olunub ki, yanvar-may aylarında neft-kondensat hasilatı 12,7 mln. ton, ixracı isə 10,6 mln. ton olub.
BAKI, 13 iyun — Sputnik. Bu ilin yanvar-may aylarında, operativ məlumatlara əsasən, Azərbaycanda neft və qaz kondensatı hasilatı 12,7 mln. ton olub. Bu barədə Energetika naziri Pərviz Şahbazov "Twitter" hesabında paylaşım edib.
Məlumata görə, hesabat dövründə neft və kondesat ixracı isə 10,6 mln. ton səviyyəsində olub.
Pərviz Şahbazovun paylaşımında qeyd olunub ki, yanvar-may aylarında neft-kondensat hasilatı 12,7 mln. ton, ixracı isə 10,6 mln. ton olub. Bu dövrdə 3% artımla hasil edilmiş 20,2 mlrd. m3 qazın 10,3 mlrd. m3-i ixrac olunub.
Qeyd edək ki, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb. Azərbaycan neftinin 1 barelə olan qiyməti 3.33 ABŞ dolları və ya 4.3% azalaraq, 75.10 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, 2022-ci ildə "Azeri Light" markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib.
2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il "Azeri Light" nefti 44,6% bahalaşıb. 2022-ci il ərzində "Azeri Light" markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 ABŞ dolları, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 ABŞ dolları olub.
Onu da əlavə edək ki, Azərbaycanın 2023-cü il üzrə dövlət büdcəsində "Azeri Light" markalı neftin 1 barelinin qiyməti 50 ABŞ dollarından 60 ABŞ dollarına qaldırılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0