https://sputnik.az/20230609/overcuk-azerbaycan-ve-ermenistan-mallara-gomruk-nezareti-barede-raziliga-gelibler-455764273.html
Overçuk: Azərbaycan və Ermənistan mallara gömrük nəzarəti barədə razılığa gəliblər
Overçuk: Azərbaycan və Ermənistan mallara gömrük nəzarəti barədə razılığa gəliblər
Sputnik Azərbaycan
Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin iştirakı ilə Moskvada baş tutan danışıqlar 9 saat davam edib. 09.06.2023, Sputnik Azərbaycan
2023-06-09T15:07+0400
2023-06-09T15:07+0400
2023-06-09T15:16+0400
aleksey overçuk
siyasət
dəmir yolu
azərbaycan
ermənistan
https://cdnn1.img.sputnik.az/img/07e6/04/1a/441452363_0:0:2001:1125_1920x0_80_0_0_2d1e7cd37f3fe42ca4018a3b8eaee0c7.jpg
BAKI, 9 iyun — Sputnik. Ermənistanın suverenliyinə heç kimin şübhə etmir. Bunu Rusiya Federasiyası baş nazirinin müavini Aleksey Overçuk regionda kommunikasiyaların bloklanması üzrə komissiyanın üçtərəfli iclasının nəticələrini şərh edərkən bildirib. "Sputnik Ermənistan"a müsahibəsində Overçuk qeyd edib ki, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin iştirakı ilə Moskvada baş tutan danışıqlar 9 saat davam edib. "Prinsipcə, mətn yüksək hazırlıqdadır, iki-üç uyğunsuzluq var ki, onları hələ də müzakirə etmək lazımdır. Biz bunu dilə gətirdik, daşınacaq yüklərə gömrük nəzarətinin necə aparılacağı ilə bağlı razılığa gəldik", - deyə Overçuk bildirib. Onun sözlərinə görə, bu adi dəmir yolu, pasport, sərhəd, gömrük nəzarəti olan adi sərhəd olacaq. O qeyd edib ki, bütün tərəflər "erkən işə salınmağa" "kökləniblər". Nəzarət və təhlükəsizlik baxımından Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin mümkün iştirakı məsələsinin işlənib hazırlanması ilə bağlı dəqiqləşdirici suala Overçuk belə cavab verib: "Bu, Ermənistan Respublikasından asılıdır".
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/1a/441452363_37:0:1814:1333_1920x0_80_0_0_c2820527ac51f93c4a08869db65bc61e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
aleksey overçuk, dəmir yolu, azərbaycan, ermənistan
aleksey overçuk, dəmir yolu, azərbaycan, ermənistan
Overçuk: Azərbaycan və Ermənistan mallara gömrük nəzarəti barədə razılığa gəliblər
15:07 09.06.2023 (Yenilənib: 15:16 09.06.2023) Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin iştirakı ilə Moskvada baş tutan danışıqlar 9 saat davam edib.
BAKI, 9 iyun — Sputnik. Ermənistanın suverenliyinə heç kimin şübhə etmir.
Bunu Rusiya Federasiyası baş nazirinin müavini Aleksey Overçuk regionda kommunikasiyaların bloklanması üzrə komissiyanın üçtərəfli iclasının nəticələrini şərh edərkən bildirib.
"Sputnik Ermənistan"a müsahibəsində Overçuk qeyd edib ki, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin iştirakı ilə Moskvada baş tutan danışıqlar 9 saat davam edib.
"Prinsipcə, mətn yüksək hazırlıqdadır, iki-üç uyğunsuzluq var ki, onları hələ də müzakirə etmək lazımdır. Biz bunu dilə gətirdik, daşınacaq yüklərə gömrük nəzarətinin necə aparılacağı ilə bağlı razılığa gəldik", - deyə Overçuk bildirib.
Onun sözlərinə görə, bu adi dəmir yolu, pasport, sərhəd, gömrük nəzarəti olan adi sərhəd olacaq.
O qeyd edib ki, bütün tərəflər "erkən işə salınmağa" "kökləniblər". Nəzarət və təhlükəsizlik baxımından Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin mümkün iştirakı məsələsinin işlənib hazırlanması ilə bağlı dəqiqləşdirici suala Overçuk belə cavab verib: "Bu, Ermənistan Respublikasından asılıdır".