CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

“Bank faizlərinin yuxarı olması ilə bağlı vətəndaşların narazılığı var” - Deputat

© AFP 2023 / ADEM ALTANBank əməkdaşları, arxiv şəkli
Bank əməkdaşları, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.06.2023
Abunə olmaq
“14%-lə kredit alan sahibkar nə ilə məşğul olmalıdır ki, həm kredit qaytarsın, həm qazanc əldə etsin, həm də işçi saxlasın?", - deyə deputat bildirib.
BAKI, 16 iyun - Sputnik. "Azərbaycanda bank faizlərinin yuxarı olması ilə bağlı vətəndaşların narazılığı var".
Bunu deputat Siyavuş Novruzov deyib.
O bildirib ki, sahibkarlara kreditlər 14 faizdən başlayaraq verilir, kənd təsərrüfatı ilə bağlı kreditlər isə 6% olsa da, bu da çoxdur.
“14%-lə kredit alan sahibkar nə ilə məşğul olmalıdır ki, həm kredit qaytarsın, həm qazanc əldə etsin, həm də işçi saxlasın? Azərbaycanda 10 minə yaxın valyutadəyişmə məntəqəsi bağlandı. Sadə mexanizm ləğv olundu, hazırda isə "qara bazar" fəaliyyət göstərir. Yenidən 90-cı illərə qayıtmışıq. Turist gəlir Azərbaycana, o, harada valyutanı dəyişsin? Əhmədlidə valyuta dəyişmək istəyən şəxs gərək gəlsin şəhərə, orada valyutasını dəyişsin", - deyə deputat qeyd edib.
Deputat onu da əlavə edib ki, banklar 100 min manatdan artıq məbləği sığortalamır. Belə olan halda vətəndaş banka necə güvənsin? Bu məsələlərlə bank sektoru ciddi məşğul olmalıdır.
Xəbər lenti
0