DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Lukaşenko: ABŞ Avropaya hakim olmaq üçün onu parçalamaq istəyir

© Sputnik / Виталий АньковBelarus Prezidenti Aleksandr Lukaşenko
Belarus Prezidenti Aleksandr Lukaşenko - Sputnik Azərbaycan, 1920, 08.06.2023
Abunə olmaq
Sanksiyalar artıq sülh və təhlükəsizliyə məcbur etmə alətindən qlobal miqyasda mürəkkəb təhlükəyə çevriliblər.
BAKI, 8 iyun — Sputnik. ABŞ Avropanı parçalamaq və burada hökmranlıq etmək istəyir. Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətlərin təhlükəsizlik şuralarının katibləri ilə görüşündə deyib.

"Ukraynadakı münaqişənin səbəbi Ukraynadan daha dərindir. ABŞ hazırda Avropaya təzyiq edir və onu parçalamaq istəyir. Onlar burada hökmranlıq etmək üçün bu qazanı qaynatmalıdırlar", - deyən "Belta" Aleksandr Lukaşenkodan sitat gətirib.

"Sanksiyalar demişkən, onlar artıq sülh və təhlükəsizliyə məcbur etmə alətindən qlobal miqyasda mürəkkəb təhlükəyə çevriliblər. Bütün regionlar aclığa, soyuğa və yoxsulluğa məhkumdur", - deyə Belarus dövlətinin başçısı bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0