SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

XİN: Üçtərəfli bəyanatlar tərəflər arasında barışıq üçün alternativsiz “yol xəritəsi”dir

© Sputnik / Наталья СеливерстоваЗдание Министерства иностранных дел РФ в Москве, фото из архива
Здание Министерства иностранных дел РФ в Москве, фото из архива - Sputnik Azərbaycan, 1920, 07.06.2023
Abunə olmaq
Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə bildirib.
BAKI, 7 iyun - Sputnik. “Rusiya üçtərəfli bəyanatları Azərbaycan və Ermənistan arasında barışıq prosesi üçün alternativi olmayan “yol xəritəsi” hesab edir”.
“Report” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə bildirib.
“Biz dəfələrlə bəyan etmişik ki, üçtərəfli formatda - Rusiya, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması üzərində işləyirik. Biz üçtərəfli bəyanatlar toplusunu proses üçün alternativsiz “yol xəritəsi” hesab edirik. Bu işin öz trekləri, danışıqlar prosesinin dinamikası, formatları və əlavə alətləri var. Biz heç nəyə məcbur etməyə çalışmırıq, plana əməl edirik”, - o vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycan və Ermənistanın yanaşmalarının yaxınlaşması Rusiya üçün həmişə prioritet olaraq qalır.
Xəbər lenti
0