CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qida Təhlükəsizliyi Agentliyinin vəzifələri artırılıb

© Joe Raedle / Getty Images / AFPSənəddə imza, arxiv şəkli
Sənəddə imza, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 07.06.2023
Abunə olmaq
"Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə"də dəyişikliklər edilib.
BAKI, 7 iyun — Sputnik. Qida Təhlükəsizliyi Agentliyinin vəzifələri artırılıb.
Bu, Prezident İlham Əliyevin imzaladığı fərmanla Agentliyin Əsasnaməsinə edilən dəyişiklikdə əksini tapıb.
Agentliyin yeni vəzifələri aşağıdakılardır:
- ərazisində heyvanların xüsusi təhlükəli xəstəliklərinin baş verməsi qeydə alınan xarici ölkələr və idxalı qadağan olunmuş mallar barədə məlumatların real vaxt rejimində aidiyyəti dövlət orqanının informasiya sisteminə ötürülməsini təmin etmək;
- heyvan xəstəliklərinin diaqnostikası və profilaktikası üzrə baytarlıq tədbirlərinin həyata keçirilməsinə nəzarət məqsədilə hər bir heyvanı və ya heyvanlar qrupunu müşahidə etməyə imkan verən kənd təsərrüfatı heyvanlarının identikləşdirilməsini aparmaq;
- heyvanlar üçün bioloji preparatlar istehsalı obyektlərinin baytarlıq qanunvericiliyinin tələblərinə uyğunluğunun uçotunu aparmaq üçün onların qeydiyyatını həyata keçirmək;
- dövlət baytarlıq nəzarətinə cəlb edilən məhsulların istehsalı, tədarükü, saxlanması, emalı və satışı, habelə daşınması ilə bağlı dövlət baytarlıq nəzarəti obyektlərinin yerləşdirilməsinə, tikintisinə, bərpasına və istismara verilməsinə rəy vermək.
Xəbər lenti
0