https://sputnik.az/20230607/kosmosda-yemek-qizartmaq-mumkundurmu-455667185.html
Kosmosda yemək qızartmaq mümkündürmü?
Kosmosda yemək qızartmaq mümkündürmü?
Sputnik Azərbaycan
Təcrübələr zamanı təyyarə çəkisizlik şəraitini yaratmaq üçün təkrar qövslərdə uçub. 07.06.2023, Sputnik Azərbaycan
2023-06-07T08:33+0400
2023-06-07T08:33+0400
2023-06-07T08:33+0400
kosmos
elm
təyyarə
https://cdnn1.img.sputnik.az/img/07e4/07/1a/424533253_0:160:3073:1888_1920x0_80_0_0_b243168245bd499dca563f714282d751.jpg
BAKI, 7 iyun — Sputnik. Hətta kosmosda belə insanlar bir müddət sonra kartof qızartmasından həzz ala biləcəklər. Bütün bunlar Avropa Kosmik agentliyinin apardığı araşdırmalar sayəsində mümkünə çevrilib. Təcrübələrdən əvvəl Avropa Kosmik Agentliyinin mütəxəssisləri kartofu cazibə qüvvəsi olmayan yerdə, yəni kosmosda qızartmağın mümkünlüyünə əmin deyildilər. Ancaq hər halda bunun yolunu tapdılar. Bu araşdırmanın nəticələri "Food Research International" jurnalında dərc olunub. Mikroqravitasiyanın qızartmaya necə təsir etdiyini anlamaq üçün mütəxəssislər yeni eksperimental karusel tipli aparat hazırlayıblar. Onu hətta çəkisiz şəraitdə də istifadə edə bilərsiniz. Eksperimentlər alimlər tərəfindən Avropa Kosmik Agentliyinin iki parabolik uçuşu çərçivəsində həyata keçirilib. Bu təcrübələr zamanı təyyarə çəkisizlik şəraitini yaratmaq üçün təkrar qövslərdə uçub. Nəticədə tədqiqatçılar müəyyən ediblər ki, kartoflar yerin cazibə qüvvəsi altında yağa əlavə edildikdən qısa müddət sonra kartofun səthindən qaz qabarcıqları asanlıqla ayrılmağa başlayıb. Eynən Yer üzündə baş verən kimi. Daha çox araşdırmalara ehtiyac olsa da, bu, o qənaətə gəlməyə imkan verir ki, kosmosdakı insanlar bundan sonra səyahət edərkən yeməkləri qızarda biləcəklər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/07/1a/424533253_170:0:2901:2048_1920x0_80_0_0_9d5ad70b0701fa7308bcb9a1105dff6b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
kosmos, təyyarə
Kosmosda yemək qızartmaq mümkündürmü?
Təcrübələr zamanı təyyarə çəkisizlik şəraitini yaratmaq üçün təkrar qövslərdə uçub.
BAKI, 7 iyun — Sputnik. Hətta kosmosda belə insanlar bir müddət sonra kartof qızartmasından həzz ala biləcəklər.
Bütün bunlar Avropa Kosmik agentliyinin apardığı araşdırmalar sayəsində mümkünə çevrilib.
Təcrübələrdən əvvəl Avropa Kosmik Agentliyinin mütəxəssisləri kartofu cazibə qüvvəsi olmayan yerdə, yəni kosmosda qızartmağın mümkünlüyünə əmin deyildilər. Ancaq hər halda bunun yolunu tapdılar. Bu araşdırmanın nəticələri "Food Research International" jurnalında dərc olunub.
Mikroqravitasiyanın qızartmaya necə təsir etdiyini anlamaq üçün mütəxəssislər yeni eksperimental karusel tipli aparat hazırlayıblar. Onu hətta çəkisiz şəraitdə də istifadə edə bilərsiniz. Eksperimentlər alimlər tərəfindən Avropa Kosmik Agentliyinin iki parabolik uçuşu çərçivəsində həyata keçirilib. Bu təcrübələr zamanı təyyarə çəkisizlik şəraitini yaratmaq üçün təkrar qövslərdə uçub.
Nəticədə tədqiqatçılar müəyyən ediblər ki, kartoflar yerin cazibə qüvvəsi altında yağa əlavə edildikdən qısa müddət sonra kartofun səthindən qaz qabarcıqları asanlıqla ayrılmağa başlayıb. Eynən Yer üzündə baş verən kimi. Daha çox araşdırmalara ehtiyac olsa da, bu, o qənaətə gəlməyə imkan verir ki, kosmosdakı insanlar bundan sonra səyahət edərkən yeməkləri qızarda biləcəklər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.