https://sputnik.az/20230605/ceyhun-bayramov-sulhun-elde-olunmasini-qacilmaz-hesab-edirik-455604494.html
Ceyhun Bayramov: Sülhün əldə olunmasını qaçılmaz hesab edirik
Ceyhun Bayramov: Sülhün əldə olunmasını qaçılmaz hesab edirik
Sputnik Azərbaycan
Ermənistan heyəti ilə bilavasitə sülh müqaviləsi üzrə danışıqlar bir günlük mərhələ üzrə Moskvada baş tutdu. 05.06.2023, Sputnik Azərbaycan
2023-06-05T11:59+0400
2023-06-05T11:59+0400
2023-06-05T11:59+0400
siyasət
ceyhun bayramov
ermənistan
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/17/449969528_0:0:3073:1728_1920x0_80_0_0_7cb05ed333c4387dc4241df09a06f16e.jpg
BAKI, 5 iyun — Sputnik. Postmünaqişə dövründə əsas istiqamətlərdən biri sülh müqaviləsi üzrə gedən prosesdir. Bu proses intensiv olsa da, daha sonra Ermənistan tərəfinin danışıqları boykot etməsi səbəbindən təxminən 6 aylıq bir müddətdə fasilə yaranmışdı. APA xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə bildirib. "Nəhayət beynəlxalq vasitəçilərin bilavasitə iştirakı ilə may ayında Vaşinqtonda görüş baş tutdu. İki ölkənin müvafiq heyətləri arasında danışıqlar aparıldı. Daha sonra bu prosesin liderlər səviyyəsində davamı oldu, may ayı ərzində bir neçə görüş oldu. Ermənistan heyəti ilə bilavasitə sülh müqaviləsi üzrə danışıqlar bir günlük mərhələ üzrə Moskvada baş tutdu. Və yaxın zamanlarda yeni və növbəti görüşün Vaşinqtonda keçirilməsi nəzərdə tutulub. Bilirsiniz ki, sülh müqaviləsi üzrə danışıqların başlanması Azərbaycan tərəfinin təşəbbüsüdür, baza prinsipləri Azərbaycan tərəfindən elan olunub, ilk sülh müqaviləsi layihəsi Azərbaycan tərəfindən təqdim olunub".Daha sonra nazir bildirib ki, Azərbaycan beynəlxalq hüquq və prinsiplərə uyğun olaraq sülhün əldə olunmasını qaçılmaz hesab edir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/17/449969528_0:0:2731:2048_1920x0_80_0_0_dc395309aa91646c5b3c11791e685fde.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ceyhun bayramov, ermənistan
ceyhun bayramov, ermənistan
Ceyhun Bayramov: Sülhün əldə olunmasını qaçılmaz hesab edirik
Ermənistan heyəti ilə bilavasitə sülh müqaviləsi üzrə danışıqlar bir günlük mərhələ üzrə Moskvada baş tutdu.
BAKI, 5 iyun — Sputnik. Postmünaqişə dövründə əsas istiqamətlərdən biri sülh müqaviləsi üzrə gedən prosesdir. Bu proses intensiv olsa da, daha sonra Ermənistan tərəfinin danışıqları boykot etməsi səbəbindən təxminən 6 aylıq bir müddətdə fasilə yaranmışdı.
APA xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə bildirib.
"Nəhayət beynəlxalq vasitəçilərin bilavasitə iştirakı ilə may ayında Vaşinqtonda görüş baş tutdu. İki ölkənin müvafiq heyətləri arasında danışıqlar aparıldı. Daha sonra bu prosesin liderlər səviyyəsində davamı oldu, may ayı ərzində bir neçə görüş oldu. Ermənistan heyəti ilə bilavasitə sülh müqaviləsi üzrə danışıqlar bir günlük mərhələ üzrə Moskvada baş tutdu. Və yaxın zamanlarda yeni və növbəti görüşün Vaşinqtonda keçirilməsi nəzərdə tutulub. Bilirsiniz ki, sülh müqaviləsi üzrə danışıqların başlanması Azərbaycan tərəfinin təşəbbüsüdür, baza prinsipləri Azərbaycan tərəfindən elan olunub, ilk sülh müqaviləsi layihəsi Azərbaycan tərəfindən təqdim olunub".
Daha sonra nazir bildirib ki, Azərbaycan beynəlxalq hüquq və prinsiplərə uyğun olaraq sülhün əldə olunmasını qaçılmaz hesab edir.
"Sülh müqaviləsi və dövlətlərarası münasibətlərin normallaşması üzrə saziş hazırlanmalı və imzalanmalıdır. Bu prosesin nə qədər zaman alacağını proqnozlaşdırmaq mümkün deyil", - nazir vurğulayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.