https://sputnik.az/20230603/azerbaycanin-qerbini-naxcivanla-birlesdiren-demiryolun-berpasi-barede-raziliq-elde-edilib-455557980.html
Azərbaycanla Ermənistan dəmir yolunun bərpası barədə razılıq əldə ediliblər - Overçuk
Azərbaycanla Ermənistan dəmir yolunun bərpası barədə razılıq əldə ediliblər - Overçuk
Sputnik Azərbaycan
Rusiya baş nazirinin müavini Aleksey Overçuk, Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan Moskvada... 03.06.2023, Sputnik Azərbaycan
2023-06-03T13:55+0400
2023-06-03T13:55+0400
2023-06-03T14:37+0400
siyasət
rusiya
ermənistan
aleksey overçuk
naxçıvan
https://cdnn1.img.sputnik.az/img/07e6/04/1a/441452591_0:104:2000:1229_1920x0_80_0_0_5179a97bcdb6c393413aec231f19ca17.jpg
BAKI, 3 iyun — Sputnik. Azərbaycan və Ermənistan Azərbaycanın qərb vilayətləri ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən dəmir yolu xəttinin bərpasına dair ümumi razılıq əldə ediblər. Rusiya baş nazirinin müavini Aleksey Overçuk, Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan Moskvada görüşərək Azərbaycan və Ermənistan arasında nəqliyyat xətlərinin bərpası ilə bağlı məsələləri müzakirə ediblər. Overçuk mətbuata açıqlamasında konstruktiv görüş keçirdiklərini bildirib. O, toplantıda nəqliyyat əlaqələrinin açılmasında əhəmiyyətli irəliləyiş əldə edildiyini ifadə edib. Overçuk deyib: "Xüsusilə Arazdeyen (Yeraskh) üzərində Culfa-Mehri-Horadiz marşrutu üzrə dəmir yolu əlaqəsinin yenidən qurulması və təşkili üçün konkret addımların həyata keçirilməsi ilə bağlı ümumi razılıq əldə edildi". Overçuk görüşün nəticələri ilə bağlı hesabatın dövlət başçılarına təqdim ediləcəyini, üçtərəfli danışıqların baş nazir müavinləri səviyyəsində davam etdirilməsi barədə razılığa gəldiklərini bildirib. Sovet İttifaqı dövründə mövcud olan Arazdəyən (Yerasx)-Culfa-Mehri-Horadiz dəmir yolu xətti Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı nəticəsində dağıdılıb. II Qarabağ müharibəsindən sonra Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladığı üçtərəfli bəyannamədə köhnə nəqliyyat xətlərinin yenidən açılması ilə bağlı maddə var idi.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/1a/441452591_112:0:1889:1333_1920x0_80_0_0_54354c3aade5b637a7f2a83fa7cd4072.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya, ermənistan, aleksey overçuk, naxçıvan
rusiya, ermənistan, aleksey overçuk, naxçıvan
Azərbaycanla Ermənistan dəmir yolunun bərpası barədə razılıq əldə ediliblər - Overçuk
13:55 03.06.2023 (Yenilənib: 14:37 03.06.2023) Rusiya baş nazirinin müavini Aleksey Overçuk, Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan Moskvada görüşərək Azərbaycan və Ermənistan arasında nəqliyyat xətlərinin bərpası ilə bağlı məsələləri müzakirə ediblər.
BAKI, 3 iyun — Sputnik. Azərbaycan və Ermənistan Azərbaycanın qərb vilayətləri ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən dəmir yolu xəttinin bərpasına dair ümumi razılıq əldə ediblər.
Rusiya baş nazirinin müavini Aleksey Overçuk, Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan Moskvada görüşərək Azərbaycan və Ermənistan arasında nəqliyyat xətlərinin bərpası ilə bağlı məsələləri müzakirə ediblər.
Overçuk mətbuata açıqlamasında konstruktiv görüş keçirdiklərini bildirib.
O, toplantıda nəqliyyat əlaqələrinin açılmasında əhəmiyyətli irəliləyiş əldə edildiyini ifadə edib. Overçuk deyib:
"Xüsusilə Arazdeyen (Yeraskh) üzərində Culfa-Mehri-Horadiz marşrutu üzrə dəmir yolu əlaqəsinin yenidən qurulması və təşkili üçün konkret addımların həyata keçirilməsi ilə bağlı ümumi razılıq əldə edildi".
Overçuk görüşün nəticələri ilə bağlı hesabatın dövlət başçılarına təqdim ediləcəyini, üçtərəfli danışıqların baş nazir müavinləri səviyyəsində davam etdirilməsi barədə razılığa gəldiklərini bildirib.
Sovet İttifaqı dövründə mövcud olan Arazdəyən (Yerasx)-Culfa-Mehri-Horadiz dəmir yolu xətti Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı nəticəsində dağıdılıb.
II Qarabağ müharibəsindən sonra Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladığı üçtərəfli bəyannamədə köhnə nəqliyyat xətlərinin yenidən açılması ilə bağlı maddə var idi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.