https://sputnik.az/20230603/azerbaycan-ordusunun-movqeleri-atese-tutulub-cavab-tedbirleri-gorulub---mn-455550592.html
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub, cavab tədbirləri görülüb - MN
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub, cavab tədbirləri görülüb - MN
Sputnik Azərbaycan
Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Ordumuzun Xocalı, Şuşa... 03.06.2023, Sputnik Azərbaycan
2023-06-03T11:05+0400
2023-06-03T11:05+0400
2023-06-03T11:22+0400
hərbi
müdafiə nazirliyi
ermənistan
https://cdnn1.img.sputnik.az/img/07e6/04/12/441209997_0:0:1001:563_1920x0_80_0_0_2b2c30d8ad7fbcd9089cd6c515b86535.jpg
BAKI, 3 iyun - Sputnik. İyunun 3-ü saat 00:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Bəzirxana yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, iyunun 2-si axşam saat 20:40-dan iyunun 3-ü saat 00:30-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Ordumuzun Xocalı, Şuşa, Xocavənd və Kəlbəcər rayonları istiqamətlərində yerləşən mövqeləri də fasilələrlə atəşə tutulub.Bölmələrimiz tərəfindən qeyd olunan bütün istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.Qeyd edək ki, iyunun 2-si saat 12:25-də də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.Bundan başqa, həmin gün saat 18:00 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Ordumuzun Ağdam rayonu istiqamətində yerləşən mövqeləri də atəşə tutulub.Azərbaycan Ordusunun qeyd olunan istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/12/441209997_124:0:875:563_1920x0_80_0_0_bae9391b0a1095410a3000df03c884fc.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
müdafiə nazirliyi, ermənistan
müdafiə nazirliyi, ermənistan
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub, cavab tədbirləri görülüb - MN
11:05 03.06.2023 (Yenilənib: 11:22 03.06.2023) Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Ordumuzun Xocalı, Şuşa, Xocavənd və Kəlbəcər rayonları istiqamətlərində yerləşən mövqeləri də fasilələrlə atəşə tutulub.
BAKI, 3 iyun - Sputnik. İyunun 3-ü saat 00:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Bəzirxana yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, iyunun 2-si axşam saat 20:40-dan iyunun 3-ü saat 00:30-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Ordumuzun Xocalı, Şuşa, Xocavənd və Kəlbəcər rayonları istiqamətlərində yerləşən mövqeləri də fasilələrlə atəşə tutulub.
Bölmələrimiz tərəfindən qeyd olunan bütün istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.
Qeyd edək ki, iyunun 2-si saat 12:25-də də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Bundan başqa, həmin gün saat 18:00 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Ordumuzun Ağdam rayonu istiqamətində yerləşən mövqeləri də atəşə tutulub.
Azərbaycan Ordusunun qeyd olunan istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.