Математика - Sputnik Azərbaycan, 1920
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Azərbaycanda ən yüksək və ən aşağı pensiya haradadır?

Abunə olmaq
Ölkədə aylıq pensiyaların orta həcmi cari ilin əvvəli ilə müqayisədə 16,2% artaraq 432,3 manata çatıb.
BAKI, 1 iyun — Sputnik. Azərbaycanda ən yüksək pensiya Bakıda, ən aşağı pensiya isə Sabirabadda qeydə alınıb.
Bu barədə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi məlumat verib.
İdarənin məlumatına görə, 2023-cü il aprelin 1-nə Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 102 min nəfər təqaüdçü qeydiyyata alınıb ki, bu da ölkə əhalisinin 10,9%-ni təşkil edir. Qeydiyyatda olanların 63,5%-i yaşa görə, 23,7%-i əlilliyə görə, 12,8%-i isə ailə başçısını itirdiyinə görə pensiya alır.
Aylıq pensiya ödənişlərinin orta həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 18,6%, cari ilin əvvəlinə nisbətən 16,2% artaraq 432,3 manata çatıb. Bu, orta aylıq əmək haqqının 48%-ni təşkil edir.
Respublikada ən yüksək və ən aşağı orta aylıq pensiyaların harada olduğu barədə daha ətraflı Sputnik Azərbaycan-ın infoqrafikasında.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0