Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Qərb ölkələri Rusiyanı aldadıblar - Putin

© Sputnik / Григорий СысоевVladimir Putin
Vladimir Putin - Sputnik Azərbaycan, 1920, 30.05.2023
Abunə olmaq
Rusiya lideri bildirib ki, Qərb ölkələri NATO-nun Şərqə doğru genişlənməyəcinə söz vermişdi, ancaq onlar Ukraynaya da gəlib çxıdılar.
BAKI, 30 may — Sputnik. Qərb ölkələri NATO-nu Şərqə genişləndirməyəcəyinə söz verərkən Rusiyanı aldadıblar, sonra da Ukraynaya da gəlib çıxdılar. Bunu Rusiya prezidenti Vladimir Putin çərşənbə axşamı bildirib.

"Bizi nəinki aldatdılar və dedilər ki, NATO-nun Şərqə doğru hərəkəti olmayacaq, onlar Ukraynaya da gəlib çxıdılar. 2014-cü ildə, bildiyiniz kimi, onlar dövlət çevrilişi edib, hər kəsi məhv etməyə başlayıblar. Bu və ya digər şəkildə nəinki Rusiya ilə normal münasibətlər qurmaq istəyirlər və əksinə onlar Donbasda müharibəyə başladılar", - dövlət başçısı bildirib.

Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
Bundan əvvəl məlum olub ki, Ağ Ev hesab edir ki, Moskva ilə danışıqlara başlamaq barədə Kiyev özü qərar verməlidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0