https://sputnik.az/20230528/abs-dovlet-katibi-azerbaycanla-bagli-arzularini-ifade-edib-455338450.html
ABŞ dövlət katibi Azərbaycanla bağlı arzularını ifadə edib
ABŞ dövlət katibi Azərbaycanla bağlı arzularını ifadə edib
Sputnik Azərbaycan
Dövlət katibi bildirib ki, Birləşmiş Ştatlar Azərbaycan və region üçün davamlı sülhün təmin edilməsinə kömək istiqamətində əməkdaşlığın davam etdirilməsini... 28.05.2023, Sputnik Azərbaycan
2023-05-28T11:43+0400
2023-05-28T11:43+0400
2023-05-28T11:43+0400
siyasət
entoni blinken
abş dövlət departamenti
https://cdnn1.img.sputnik.az/img/07e7/02/1b/452179883_0:156:3000:1844_1920x0_80_0_0_a26cd049c54d92e1efbea7786ad9cfd5.jpg
BAKI, 28 may - Sputnik. ABŞ dövlət katibi Entoni Blinken Müstəqillik Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.Amerika Birləşmiş Ştatları adından Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edən Blinken bildirib ki, ortaq ikitərəfli prioritetlərin inkişafı üçün Azərbaycanla davamlı əməkdaşlığı yüksək qiymətləndirir."31 ildən artıqdır davam edən ikitərəfli əlaqələrimiz dönəmində ABŞ ümumi təhlükəsizlik maraqları, enerji əməkdaşlığı və iqtisadi artıma əsaslanan davamlı tərəfdaşlıq qurmaq üçün Azərbaycanla sıx əməkdaşlıq edib. Bu əməkdaşlıq Azərbaycan Konstitusiyasına uyğun demokratik inkişaf öhdəliyi, eləcə də insan hüquq və əsas azadlıqlarına hörmətlə yanaşı getməyə davam edəcək", - Blinkenin təbrik məktubunda deyilir. "Mən Birləşmiş Ştatların Azərbaycanın müstəqilliyinə və suverenliyinə dəstəyini bir daha təsdiqləyirəm və gələcək illərdə ABŞ-Azərbaycan münasibətlərinin dərinləşməsini səbirsizliklə gözləyirəm. Birləşmiş Ştatlar həmçinin Azərbaycan və region üçün davamlı sülhün təmin edilməsinə kömək istiqamətində əməkdaşlığın davam etdirilməsini səbirsizliklə gözləyir. Biz Cənubi Qafqazda yaşayanların hamısı üçün daha yaxşı gələcək naminə bu məqsədi dəstəkləməyə tam sadiqik", - Blinken əlavə edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/02/1b/452179883_167:0:2834:2000_1920x0_80_0_0_a110cb27dc15d53b27c839464c28044e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
entoni blinken, abş dövlət departamenti
entoni blinken, abş dövlət departamenti
ABŞ dövlət katibi Azərbaycanla bağlı arzularını ifadə edib
Dövlət katibi bildirib ki, Birləşmiş Ştatlar Azərbaycan və region üçün davamlı sülhün təmin edilməsinə kömək istiqamətində əməkdaşlığın davam etdirilməsini səbirsizliklə gözləyir.
BAKI, 28 may - Sputnik. ABŞ dövlət katibi Entoni Blinken Müstəqillik Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.
Amerika Birləşmiş Ştatları adından Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edən Blinken bildirib ki, ortaq ikitərəfli prioritetlərin inkişafı üçün Azərbaycanla davamlı əməkdaşlığı yüksək qiymətləndirir.
"31 ildən artıqdır davam edən ikitərəfli əlaqələrimiz dönəmində ABŞ ümumi təhlükəsizlik maraqları, enerji əməkdaşlığı və iqtisadi artıma əsaslanan davamlı tərəfdaşlıq qurmaq üçün Azərbaycanla sıx əməkdaşlıq edib. Bu əməkdaşlıq Azərbaycan Konstitusiyasına uyğun demokratik inkişaf öhdəliyi, eləcə də insan hüquq və əsas azadlıqlarına hörmətlə yanaşı getməyə davam edəcək", - Blinkenin təbrik məktubunda deyilir.
"Mən Birləşmiş Ştatların Azərbaycanın müstəqilliyinə və suverenliyinə dəstəyini bir daha təsdiqləyirəm və gələcək illərdə ABŞ-Azərbaycan münasibətlərinin dərinləşməsini səbirsizliklə gözləyirəm. Birləşmiş Ştatlar həmçinin Azərbaycan və region üçün davamlı sülhün təmin edilməsinə kömək istiqamətində əməkdaşlığın davam etdirilməsini səbirsizliklə gözləyir. Biz Cənubi Qafqazda yaşayanların hamısı üçün daha yaxşı gələcək naminə bu məqsədi dəstəkləməyə tam sadiqik", - Blinken əlavə edib.