Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Ermənistanın işğalı nəticəsində Azərbaycan minalarla ən çox çirklənən ölkələr arasındadır

© Sputnik / Mediabanka keçidОбезвреженные противотанковые мины на дороге в Нагорном Карабахе, фото из архива
Обезвреженные противотанковые мины на дороге в Нагорном Карабахе, фото из архива - Sputnik Azərbaycan, 1920, 26.05.2023
Abunə olmaq
Azərbaycan Prezidentinin müraciətində qeyd edilib ki, azad olunmuş torpaqların minalardan təmizlənməsi hökumətin əsas prioritetlərindən biridir.
BAKI, 26 may — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən "Minalarla mübarizə - Dayanıqlı İnkişaf Məqsədlərinə gedən yol" mövzusunda beynəlxalq konfrans iştirakçılarına müraciət ünvanlayıb. Müraciəti Azərbaycan Prezidentinin adından Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev oxuyub.
Prezident müraciətində bildirib ki, konfransın mövzusu Azərbaycan və bəşəriyyət üçün xüsusi aktuallıq kəsb edir.
Prezident müraciətində bildirib ki, Ermənistanın 30 ilə yaxın işğalı nəticəsində Azərbaycan bu gün minalarla ən çox çirklənən ölkələr arasındadır.
Azərbaycan Prezidentinin müraciətində qeyd edilib ki, azad olunmuş torpaqların minalardan təmizlənməsi hökumətin əsas prioritetlərindən biridir.
Xəbər lenti
0