https://sputnik.az/20230525/nvestisiya-sirketleri-ucun-emanetlerin-sigortalanmasi-mexanizmi-deyisdi-455246594.html
İnvestisiya şirkətləri üçün əmanətlərin sığortalanması mexanizmi dəyişdi
İnvestisiya şirkətləri üçün əmanətlərin sığortalanması mexanizmi dəyişdi
Sputnik Azərbaycan
Rusiya "Qazprombank"ının Tədqiqatlar şöbəsinin müdir müavini, MDB ölkələri üzrə baş iqtisadçı Gülnarə Xaydarşina bildirib ki, hazırda hökumətlə birgə... 25.05.2023, Sputnik Azərbaycan
2023-05-25T17:00+0400
2023-05-25T17:00+0400
2023-05-25T17:00+0400
investisiya
iqtisadiyyat
mərkəzi bank
azərbaycan mərkəzi bankı
maliyyə nazirliyi
https://cdnn1.img.sputnik.az/img/42229/49/422294976_0:0:2000:1125_1920x0_80_0_0_8978802cc7f124da7b230d45640a401f.jpg
BAKI, 25 may — Sputnik. Azərbaycan Mərkəzi Bankı (AMB) investisiya şirkətləri üçün bank əmanətlərinin sığortalanması mexanizminin analoqunu tətbiq etməyi planlaşdırır. Bunu Rusiya "Qazprombank"ının Tədqiqatlar şöbəsinin müdir müavini, MDB ölkələri üzrə baş iqtisadçı Gülnarə Xaydarşina Bakıda Azərbaycanın maliyyə-bank sisteminin nümayəndələri ilə keçirdiyi görüşlərin yekununa dair bildirib. G.Xaydarşina bildirib ki, son 12 ayda Azərbaycan Mərkəzi Bankı yerli bazarın inkişafı və investorların risklərinin azaldılması üçün bir sıra prudensial mexanizmlər tətbiq edib. Bu mexanizmlərə qanunvericilik bazasının təkmilləşdirilməsi, həmçinin infrastrukturun inkişafı daxildir. "Xüsusilə, fiziki şəxslərin əmanətləri üzrə gəlirlərə 10% vergi tətbiq olunub. Əvvəllər bu vergiyə moratorium var idi və bu, hər il uzadılırdı", - deyə o vurğulayıb. G.Xaydarşina qeyd edib ki, fiziki şəxslərin istiqrazlara qoyduğu investisiyalardan əldə etdiyi gəlirdən vergi tutulmur: "Bu, yalnız bazara çıxarılan istiqrazların emissiyalarına aiddir və birjadankənar vəsaitlərin yerləşdirilməsinə təsir göstərmir". Onun sözlərinə görə, AMB həmçinin bankların Bakı Fond Birjasında qiymətli kağızlara investisiyalarla bağlı ticarət əməliyyatları üçün ehtiyat tələblərini yumşaldıb. Maliyyə Nazirliyi tərəfindən buraxılan, investisiya məqsədli qiymətli kağızlara 0%, digər yerli emitentlərin istiqrazları üçün isə 1% ehtiyat norması tətbiq edilir. Eyni zamanda, reytinqi investisiya səviyyəsindən aşağı olan xarici emitentlərin qiymətli kağızlarına investisiyalar üçün 25% ehtiyat norması tətbiq olunur. "Bununla yanaşı, investorların risklərini məhdudlaşdırmaq üçün Mərkəzi Bank investisiya şirkətlərinin etibarlılığını artırmaq məqsədilə onlara nəzarət etmək üçün yeni prudensial tədbirlər tətbiq etməyi planlaşdırır", - "Qazprombank"ın baş iqtisadçısı bildirib. Qeyd edək ki, 2021-ci ilin aprelindən fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin 20 min manatdan çox olmayan məbləğdə əmanətləri, həmçinin vətəndaşların 100 min manatadək əmanətləri sığorta sisteminə daxildir (xarici valyutada depozitlər üzrə isə 100 min manat ekvivalentindədir).
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42229/49/422294976_227:0:2000:1330_1920x0_80_0_0_0599f968c96fce42e0d350164144a692.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
investisiya, mərkəzi bank, azərbaycan mərkəzi bankı, maliyyə nazirliyi
investisiya, mərkəzi bank, azərbaycan mərkəzi bankı, maliyyə nazirliyi
İnvestisiya şirkətləri üçün əmanətlərin sığortalanması mexanizmi dəyişdi
Rusiya "Qazprombank"ının Tədqiqatlar şöbəsinin müdir müavini, MDB ölkələri üzrə baş iqtisadçı Gülnarə Xaydarşina bildirib ki, hazırda hökumətlə birgə tənzimləmə tədbirləri həyata keçirilir.
BAKI, 25 may — Sputnik. Azərbaycan Mərkəzi Bankı (AMB) investisiya şirkətləri üçün bank əmanətlərinin sığortalanması mexanizminin analoqunu tətbiq etməyi planlaşdırır.
Bunu Rusiya "Qazprombank"ının Tədqiqatlar şöbəsinin müdir müavini, MDB ölkələri üzrə baş iqtisadçı Gülnarə Xaydarşina Bakıda Azərbaycanın maliyyə-bank sisteminin nümayəndələri ilə keçirdiyi görüşlərin yekununa dair bildirib.
G.Xaydarşina bildirib ki, son 12 ayda Azərbaycan Mərkəzi Bankı yerli bazarın inkişafı və investorların risklərinin azaldılması üçün bir sıra prudensial mexanizmlər tətbiq edib. Bu mexanizmlərə qanunvericilik bazasının təkmilləşdirilməsi, həmçinin infrastrukturun inkişafı daxildir.
"Xüsusilə, fiziki şəxslərin əmanətləri üzrə gəlirlərə 10% vergi tətbiq olunub. Əvvəllər bu vergiyə moratorium var idi və bu, hər il uzadılırdı", - deyə o vurğulayıb.
G.Xaydarşina qeyd edib ki, fiziki şəxslərin istiqrazlara qoyduğu investisiyalardan əldə etdiyi gəlirdən vergi tutulmur: "Bu, yalnız bazara çıxarılan istiqrazların emissiyalarına aiddir və birjadankənar vəsaitlərin yerləşdirilməsinə təsir göstərmir".
Onun sözlərinə görə, AMB həmçinin bankların Bakı Fond Birjasında qiymətli kağızlara investisiyalarla bağlı ticarət əməliyyatları üçün ehtiyat tələblərini yumşaldıb. Maliyyə Nazirliyi tərəfindən buraxılan, investisiya məqsədli qiymətli kağızlara 0%, digər yerli emitentlərin istiqrazları üçün isə 1% ehtiyat norması tətbiq edilir. Eyni zamanda, reytinqi investisiya səviyyəsindən aşağı olan xarici emitentlərin qiymətli kağızlarına investisiyalar üçün 25% ehtiyat norması tətbiq olunur.
"Bununla yanaşı, investorların risklərini məhdudlaşdırmaq üçün Mərkəzi Bank investisiya şirkətlərinin etibarlılığını artırmaq məqsədilə onlara nəzarət etmək üçün yeni prudensial tədbirlər tətbiq etməyi planlaşdırır", - "Qazprombank"ın baş iqtisadçısı bildirib.
Qeyd edək ki, 2021-ci ilin aprelindən fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin 20 min manatdan çox olmayan məbləğdə əmanətləri, həmçinin vətəndaşların 100 min manatadək əmanətləri sığorta sisteminə daxildir (xarici valyutada depozitlər üzrə isə 100 min manat ekvivalentindədir).