https://sputnik.az/20230524/neft-seudiyye-erebistanin-xeberdarligindan-sonra-bahalasib-455187986.html
Neft Səudiyyə Ərəbistanın xəbərdarlığından sonra bahalaşıb
Neft Səudiyyə Ərəbistanın xəbərdarlığından sonra bahalaşıb
Sputnik Azərbaycan
Çinin ləng iqtisadi bərpası, ABŞ Mərkəzi Bankının - FED-in faiz dərəcələrini artırması və ABŞ-da borc tavanı ilə bağlı son razılaşmanın olmaması hələ də neftin... 24.05.2023, Sputnik Azərbaycan
2023-05-24T10:51+0400
2023-05-24T10:51+0400
2023-05-24T10:51+0400
neft-qaz
neft
qiymət
https://cdnn1.img.sputnik.az/img/07e7/05/04/454476582_0:159:3078:1890_1920x0_80_0_0_6a7af5a9345beceff16cb4b9258301ad.jpg
BAKI, 24 may — Sputnik. Dünya bazarlarında neft qiymətləri yüksəlməyə başlayıb. Əsas səbəb Səudiyyə Ərəbistanın OPEC-in qiymətləri artırmaq üçün hasilatı azalda biləcəyini açıqlamasıdır. Bu açıqlamadan sonra ABŞ nefti əvvəlki iki günlə müqayisədə təxminən 2 faiz artaraq 74 dollara çatıb. Səudiyyə Ərəbistanın energetika naziri şahzadə Əbdüləziz bin Salman alyansın ilin ikinci yarısı üçün hasilat siyasətini nəzərdən keçirə biləcəyini söyləyib.Bu, daha geniş maliyyə bazarlarına təsir edən ABŞ-ın borc tavanı ilə bağlı çıxılmaz vəziyyətin həllində irəliləyişin olmamasını kompensasiya edib. Spiker Kevin MakKarti çərşənbə axşamı günü axşam bildirib ki, hər iki tərəf ilkin defoltdan qaçmaq üçün hələ razılığa gələ bilməyib. Digər tərəfdən, ABŞ Neft İnstitutu keçən həftə ABŞ-da neft ehtiyatlarının 6,8 milyon barel azaldığını bildirib. Bu, martın sonundan bəri ən böyük azalma kimi qeydə alınacaq. Çinin ləng iqtisadi bərpası, ABŞ Mərkəzi Bankının - FED-in faiz dərəcələrini artırması və ABŞ-da borc tavanı ilə bağlı son razılaşmanın olmaması hələ də neftin qiymətlərini aşağıda səviyyədə saxlayır. Qeyd edək ki, "Brent" markalı neftin bir barelinin qiyməti 0,85 dollar artaraq 77,69 dollar olub. Azərbaycan neftinin ("Azeri Light") bir barelinin qiyməti 1,06 dollar artaraq 79,76 dollar olub. Xatırladaq ki, 2022-ci ildə "Azeri Light" markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il "Azeri Light" nefti 44,6% bahalaşıb. 2022-ci il ərzində "Azeri Light" markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 ABŞ dolları, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 ABŞ dolları olub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/05/04/454476582_174:0:2905:2048_1920x0_80_0_0_765c9650b02d0cdc7426f7cf63e4c478.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
neft, qiymət
Neft Səudiyyə Ərəbistanın xəbərdarlığından sonra bahalaşıb
Çinin ləng iqtisadi bərpası, ABŞ Mərkəzi Bankının - FED-in faiz dərəcələrini artırması və ABŞ-da borc tavanı ilə bağlı son razılaşmanın olmaması hələ də neftin qiymətlərini aşağıda səviyyədə saxlayır.
BAKI, 24 may — Sputnik. Dünya bazarlarında neft qiymətləri yüksəlməyə başlayıb. Əsas səbəb Səudiyyə Ərəbistanın OPEC-in qiymətləri artırmaq üçün hasilatı azalda biləcəyini açıqlamasıdır.
Bu açıqlamadan sonra ABŞ nefti əvvəlki iki günlə müqayisədə təxminən 2 faiz artaraq 74 dollara çatıb. Səudiyyə Ərəbistanın energetika naziri şahzadə Əbdüləziz bin Salman alyansın ilin ikinci yarısı üçün hasilat siyasətini nəzərdən keçirə biləcəyini söyləyib.
Bu, daha geniş maliyyə bazarlarına təsir edən ABŞ-ın borc tavanı ilə bağlı çıxılmaz vəziyyətin həllində irəliləyişin olmamasını kompensasiya edib. Spiker Kevin MakKarti çərşənbə axşamı günü axşam bildirib ki, hər iki tərəf ilkin defoltdan qaçmaq üçün hələ razılığa gələ bilməyib.
Digər tərəfdən, ABŞ Neft İnstitutu keçən həftə ABŞ-da neft ehtiyatlarının 6,8 milyon barel azaldığını bildirib. Bu, martın sonundan bəri ən böyük azalma kimi qeydə alınacaq.
Çinin ləng iqtisadi bərpası, ABŞ Mərkəzi Bankının - FED-in faiz dərəcələrini artırması və ABŞ-da borc tavanı ilə bağlı son razılaşmanın olmaması hələ də neftin qiymətlərini aşağıda səviyyədə saxlayır.
Qeyd edək ki, "Brent" markalı neftin bir barelinin qiyməti 0,85 dollar artaraq 77,69 dollar olub. Azərbaycan neftinin ("Azeri Light") bir barelinin qiyməti 1,06 dollar artaraq 79,76 dollar olub.
Xatırladaq ki, 2022-ci ildə "Azeri Light" markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib.
2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il "Azeri Light" nefti 44,6% bahalaşıb. 2022-ci il ərzində "Azeri Light" markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 ABŞ dolları, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 ABŞ dolları olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.