Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Almaniya kəşfiyyat xidmətinin rəhbəri: Rusiyanın zəifləməsi əlamətlərini görmürəm

© Sputnik / Константин МихальчевскийRusiya hərbçiləri
Rusiya hərbçiləri - Sputnik Azərbaycan, 1920, 24.05.2023
Abunə olmaq
Bruno Kahlın fikrincə, RF Silahlı Qüvvələri uzunmüddətli perspektivdə hərbi əməliyyatları davam etdirməyə hazırdır.
BAKI, 24 may — Sputnik. XHƏ-nin 15 aylıq nəticələrinə görə, Rusiya Federasiyasının hərbi zəifləməsinin əlamətləri yoxdur. Almaniya Federal Kəşfiyyat Xidmətinin rəhbəri Bruno Kahl bunu "Die Welt"ə müsahibəsində bildirib.
Onun fikrincə, RF Silahlı Qüvvələri uzunmüddətli perspektivdə hərbi əməliyyatları davam etdirməyə hazırdır. Ölkənin öz qoşunlarını döyüşçülər, silah və sursatla doldurmaq imkanı var.
"Bu məsələdə zəiflikdən söhbət gedə bilməz", - deyə kəşfiyyat xidmətinin rəhbəri bildirib.
Qeyd edək ki, bundan əvvəl Böyük Britaniyanın Kral Birgə Müdafiə Tədqiqatları İnstitutu XHƏ zamanı RF Silahlı Qüvvələrinin təkmilləşdirilməsinə istinad edən hesabat dərc edib. Britaniyalı ekspertlər Rusiya ordusunu Ukrayna Silahlı Qüvvələri üçün "ciddi problem" adlandırıblar.
Xəbər lenti
0