https://sputnik.az/20230519/lavrov-bayramov-gorusu-baslayib-onlar-simal-cenub-dehlizini-muzakire-edecekler-455036349.html
Lavrov-Bayramov görüşü başlayıb: Onlar Şimal-Cənub dəhlizini müzakirə edəcəklər
Lavrov-Bayramov görüşü başlayıb: Onlar Şimal-Cənub dəhlizini müzakirə edəcəklər
Sputnik Azərbaycan
Rusiya XİN rəhbəri bildirib ki, liderlər arasında qarşıdan gələn təmaslar ərəfəsində Moskvada olmağınızdan istifadə edərək ikitərəfli münasibətlərin vəziyyəti... 19.05.2023, Sputnik Azərbaycan
2023-05-19T12:45+0400
2023-05-19T12:45+0400
2023-05-19T16:59+0400
lavrov
siyasət
ceyhun bayramov
xarici işlər naziri ceyhun bayramov
sergey lavrov
rusiya xin rəhbəri sergey lavrov
https://cdnn1.img.sputnik.az/img/07e7/05/13/455045817_0:158:3081:1891_1920x0_80_0_0_4c6ff2eb28b34b349028945b7a721adb.jpg
BAKI, 19 may — Sputnik. Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Rusiya xarici siyasət idarəsinin rəhbəri Sergey Lavrov arasında ikitərəfli görüş başlayıb. Görüş Rusiya Xarici İşlər Nazirliyinin "Qəbullar evi"ndə keçirilir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla ikitərəfli ticarət və investisiya məsələlərini, iki dövlət başçıları arasında təmaslar ərəfəsində digər birgə layihələri müzakirə etmək niyyətindədir. "Liderlərimiz arasında qarşıdan gələn təmaslar ərəfəsində Moskvada olmağınızdan istifadə edərək ikitərəfli münasibətlərimizin vəziyyəti ilə tanış olmaq üçün yaxşı fürsətdir. Ona görə də mən Rusiya və Azərbaycan prezidentləri arasında əldə edilmiş bütün razılaşmaların həyata keçirilməsinə diqqətimizi yönəltməyi qeyd etmək istəyirəm", - deyə Lavrov Bayramovla görüşündə bildirib. Lavrov xatırladıb ki, son maraqlı layihələr arasında Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi də var. "Bizim liderlərimiz bunu həm öz aralarında, həm də digər maraqlı ölkələrin iştirakı ilə müzakirə ediblər və onların sayı çoxdur. Ona görə də ümid edirik ki, növbəti görüşdə bu və digər istiqamətlərdə gələcək işlərin razılaşdırılması olacaq. Ticarətimiz davam edir. Sərmayələr işləyir. Şirkətlərin də əlavə planları var. Ona görə də bu məsələlərlə bağlı fikir mübadiləsi aparaq" - deyə Lavrov təklif edib.Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov isə deyib ki, rusiyalı həmkarı ilə ikitərəfli münasibətləri və Ermənistanla postmünaqişə dövrünü müzakirə edəcəklər. "Moskvaya səfər zamanı Azərbaycan və Rusiya arasında ikitərəfli münasibətlərin və postmünaqişə dövründəki vəziyyətin müzakirəsi planlaşdırılır". - Bayramov bildirib.Ceyhun Bayramov Bakı ilə İrəvan arasında danışıqlar prosesinin müsbət dinamikasından da danışıb. "Ermənistanla Azərbaycan arasında kifayət qədər sıx münasibətlər var.", - o, deyib. Bayramov qeyd edib ki, görüşlə bağlı bu format ötən ilin sonu üçün nəzərdə tutulurdu. Lakin indiki görüşün iştirakçılarından asılı olmayan səbəbə görə o zaman baş tutmayıb. Azərbaycanın xarici işlər naziri S.Lavrova təşəkkürünü bildirib və ikitərəfli, üçtərəfli formatda görüşlər keçirmək, Ermənistan və Azərbaycan arasında postmünaqişə dövründə nizamlanma ilə bağlı bir sıra məsələlərin və Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin müzakirəsi imkanını yüksək qiymətləndirib.Bundan əlavə, C.Bayramov Rusiyada Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə göstərilən diqqətə görə rusiyalı həmkarına təşəkkür edib.“Rusiya Federasiyasının bütün dövlət qurumlarının, ictimai təşkilatlarının və sadə vətəndaşlarının Ümummilli Liderin xatirəsinə həsr olunmuş tədbirlərə diqqət yetirməsi bizim üçün heç də təəccüblü deyil. O, ölkələrimiz və xalqlarımız arasında həmişə mövcud olan dostluğu, birliyi təcəssüm etdirib”, - C.Bayramov vurğulayıb.Xatırladaq ki, mayın 18-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Rusiya Federasiyasına işgüzar səfəri başlayıb. Səfər çərçivəsində Azərbaycan və Ermənistan arasında sülh sazişi layihəsi üzrə danışıqların növbəti raundu keçiriləcək. Bu gün Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Rusiyanın XİN başçısı Sergey Lavrov və ermənistanlı həmkarı Ararat Mirzoyanın iştirakı ilə üçtərəfli görüşün keçirilməsi nəzərdə tutulub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/05/13/455045817_175:0:2906:2048_1920x0_80_0_0_8eb47ba0a35a09d6aac77ec16e2722eb.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
lavrov, ceyhun bayramov, xarici işlər naziri ceyhun bayramov, sergey lavrov, rusiya xin rəhbəri sergey lavrov
lavrov, ceyhun bayramov, xarici işlər naziri ceyhun bayramov, sergey lavrov, rusiya xin rəhbəri sergey lavrov
Lavrov-Bayramov görüşü başlayıb: Onlar Şimal-Cənub dəhlizini müzakirə edəcəklər
12:45 19.05.2023 (Yenilənib: 16:59 19.05.2023) Rusiya XİN rəhbəri bildirib ki, liderlər arasında qarşıdan gələn təmaslar ərəfəsində Moskvada olmağınızdan istifadə edərək ikitərəfli münasibətlərin vəziyyəti ilə tanış olmaq üçün yaxşı fürsətdir.
BAKI, 19 may — Sputnik. Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Rusiya xarici siyasət idarəsinin rəhbəri Sergey Lavrov arasında ikitərəfli görüş başlayıb. Görüş Rusiya Xarici İşlər Nazirliyinin "Qəbullar evi"ndə keçirilir.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla ikitərəfli ticarət və investisiya məsələlərini, iki dövlət başçıları arasında təmaslar ərəfəsində digər birgə layihələri müzakirə etmək niyyətindədir.
"Liderlərimiz arasında qarşıdan gələn təmaslar ərəfəsində Moskvada olmağınızdan istifadə edərək ikitərəfli münasibətlərimizin vəziyyəti ilə tanış olmaq üçün yaxşı fürsətdir. Ona görə də mən Rusiya və Azərbaycan prezidentləri arasında əldə edilmiş bütün razılaşmaların həyata keçirilməsinə diqqətimizi yönəltməyi qeyd etmək istəyirəm", - deyə Lavrov Bayramovla görüşündə bildirib.
Lavrov xatırladıb ki, son maraqlı layihələr arasında Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi də var.
"Bizim liderlərimiz bunu həm öz aralarında, həm də digər maraqlı ölkələrin iştirakı ilə müzakirə ediblər və onların sayı çoxdur. Ona görə də ümid edirik ki, növbəti görüşdə bu və digər istiqamətlərdə gələcək işlərin razılaşdırılması olacaq. Ticarətimiz davam edir. Sərmayələr işləyir. Şirkətlərin də əlavə planları var. Ona görə də bu məsələlərlə bağlı fikir mübadiləsi aparaq" - deyə Lavrov təklif edib.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov isə deyib ki, rusiyalı həmkarı ilə ikitərəfli münasibətləri və Ermənistanla postmünaqişə dövrünü müzakirə edəcəklər.
"Moskvaya səfər zamanı Azərbaycan və Rusiya arasında ikitərəfli münasibətlərin və postmünaqişə dövründəki vəziyyətin müzakirəsi planlaşdırılır". - Bayramov bildirib.
Ceyhun Bayramov Bakı ilə İrəvan arasında danışıqlar prosesinin müsbət dinamikasından da danışıb.
"Ermənistanla Azərbaycan arasında kifayət qədər sıx münasibətlər var.", - o, deyib.
Bayramov qeyd edib ki, görüşlə bağlı bu format ötən ilin sonu üçün nəzərdə tutulurdu. Lakin indiki görüşün iştirakçılarından asılı olmayan səbəbə görə o zaman baş tutmayıb.
Azərbaycanın xarici işlər naziri S.Lavrova təşəkkürünü bildirib və ikitərəfli, üçtərəfli formatda görüşlər keçirmək, Ermənistan və Azərbaycan arasında postmünaqişə dövründə nizamlanma ilə bağlı bir sıra məsələlərin və Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin müzakirəsi imkanını yüksək qiymətləndirib.
Bundan əlavə, C.Bayramov Rusiyada Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə göstərilən diqqətə görə rusiyalı həmkarına təşəkkür edib.
“Rusiya Federasiyasının bütün dövlət qurumlarının, ictimai təşkilatlarının və sadə vətəndaşlarının Ümummilli Liderin xatirəsinə həsr olunmuş tədbirlərə diqqət yetirməsi bizim üçün heç də təəccüblü deyil. O, ölkələrimiz və xalqlarımız arasında həmişə mövcud olan dostluğu, birliyi təcəssüm etdirib”, - C.Bayramov vurğulayıb.
Xatırladaq ki, mayın 18-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Rusiya Federasiyasına işgüzar səfəri başlayıb. Səfər çərçivəsində Azərbaycan və Ermənistan arasında sülh sazişi layihəsi üzrə danışıqların növbəti raundu keçiriləcək.
Bu gün Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Rusiyanın XİN başçısı Sergey Lavrov və ermənistanlı həmkarı Ararat Mirzoyanın iştirakı ilə üçtərəfli görüşün keçirilməsi nəzərdə tutulub.