Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Kremldən Azərbaycan, Rusiya, Ermənistan liderlərinin görüşü barədə açıqlama

© AFP 2024 / DIMITAR DILKOFFВид на Кремль
Вид на Кремль - Sputnik Azərbaycan, 1920, 19.05.2023
Abunə olmaq
Kremlin sözçüsü bildirib ki, gələn həftə Avrasiya inteqrasiyası məsələləri ilə məşğul olacaqlar və Moskvada həm Avrasiya İqtisadi Forumu, həm də Ali Avrasiya İqtisadi Şurasının iclası olacaq.
BAKI, 19 may — Sputnik. Kreml Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyevin gələn həftə Moskvada olacağını gözləyir, çünki Ali Avrasiya İqtisadi Şurasının iclası keçiriləcək. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Gələn həftə biz Avrasiya inteqrasiyası məsələləri ilə məşğul olacağıq. Moskvada həm Avrasiya İqtisadi Forumu, həm də Ali Avrasiya İqtisadi Şurasının iclası olacaq. Gözləyirik ki, həm prezident Əliyev, həm də baş nazir Paşinyan Moskvada olacaqlar. Mümkün təmaslar barədə vaxtı çatanda məlumat verəcəyik", - deyə Peskov mayın 25-də Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşünün keçirilməsinin mümkünlüyü barədə suala cavabında deyib.
Xatırladaq ki, ötən gün Ermənistanın baş naziri Nikol Paşinyan mayın 25-də Moskvada Azərbaycan prezidenti İlham Əliyevlə planlaşdırılan görüşəcəyini açıqlayıb.
"Rusiya tərəfdən mayın 25-də Rusiya prezidentinin vasitəçiliyi ilə üçtərəfli görüşün keçirilməsi təklifini almışıq. Biz bu təklifi qəbul etdik", - Paşinyan cümə axşamı hökumətin iclasında deyib.
Onun sözlərinə görə, iyunun 1-də Kişinyovda Fransa prezidenti, Almaniya kansleri və Avropa Şurası rəhbərinin iştirakı ilə Azərbaycan prezidenti ilə beştərəfli görüş planlaşdırılır.
"Oxşar beştərəfli görüşün oktyabrda Qranadada da keçirilməsi planlaşdırılır. Brüsseldə növbəti üçtərəfli görüş isə iyulda planlaşdırılır", - Paşinyan bildirib.
Mayın 14-də Brüsseldə işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü keçirilib.
Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel üçtərəfli görüşün yekunlarına dair açıqlamasında deyib ki, üçtərəfli görüşdə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına dair müzakirələr aparılıb.
"İki ölkə liderləri regionda vəziyyəti normallaşdırmaq istəklərini bildiriblər. Biz Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası məsələlərini müzakirə etdik", - Şarl Mişel bildirib.
Şarl Mişelin sözlərinə görə, Aİ-nin yalnız bir məqsədi var - tərəflərə sülhə nail olmaqda kömək etmək:
"Bu məqsədlə biz iyul ayında Brüsseldə daha bir görüşün keçirilməsi barədə razılığa gəldik, bundan əvvəl isə Kişinyovda Fransa Prezidenti və Almaniya Kanslerinin iştirakı ilə daha bir görüşün keçirilməsi planlaşdırılır".
Xəbər lenti
0