https://sputnik.az/20230518/pasinyan-azerbaycan-preizdenti-ile-moskvada-goruseceyini-aciqladi-455005979.html
Paşinyan Azərbaycan Preizdenti ilə Moskvada görüşəcəyini açıqladı
Paşinyan Azərbaycan Preizdenti ilə Moskvada görüşəcəyini açıqladı
Sputnik Azərbaycan
Ermənistan Baş naziri bildirib ki, Rusiya tərəfdən mayın 25-də Rusiya prezidentinin vasitəçiliyi ilə üçtərəfli görüşün keçirilməsi təklifin alıblar. 18.05.2023, Sputnik Azərbaycan
2023-05-18T15:27+0400
2023-05-18T15:27+0400
2023-05-18T15:27+0400
azərbaycan xəbərləri
prezident ilham əliyev
nikol paşinyan
görüş
moskva
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/1f/448095925_0:136:2977:1811_1920x0_80_0_0_0df0f99505d5d41f45069c85900f76bc.jpg
BAKI, 18 may — Sputnik. Ermənistanın baş naziri Nikol Paşinyan mayın 25-də Moskvada Azərbaycan prezidenti İlham Əliyevlə planlaşdırılan görüşəcəyini açıqlayıb. Onun sözlərinə görə, iyunun 1-də Kişinyovda Fransa prezidenti, Almaniya kansleri və Avropa Şurası rəhbərinin iştirakı ilə Azərbaycan prezidenti ilə beştərəfli görüş planlaşdırılır. "Oxşar beştərəfli görüşün oktyabrda Qranadada da keçirilməsi planlaşdırılır. Brüsseldə növbəti üçtərəfli görüş isə iyulda planlaşdırılır", - Paşinyan bildirib. Mayın 14-də Brüsseldə işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü keçirilib. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel üçtərəfli görüşün yekunlarına dair açıqlamasında deyib ki, üçtərəfli görüşdə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına dair müzakirələr aparılıb. "İki ölkə liderləri regionda vəziyyəti normallaşdırmaq istəklərini bildiriblər. Biz Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası məsələlərini müzakirə etdik", - Şarl Mişel bildirib. Şarl Mişelin sözlərinə görə, Aİ-nin yalnız bir məqsədi var - tərəflərə sülhə nail olmaqda kömək etmək: "Bu məqsədlə biz iyul ayında Brüsseldə daha bir görüşün keçirilməsi barədə razılığa gəldik, bundan əvvəl isə Kişinyovda Fransa Prezidenti və Almaniya Kanslerinin iştirakı ilə daha bir görüşün keçirilməsi planlaşdırılır".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/1f/448095925_29:0:2760:2048_1920x0_80_0_0_990c7c6a8774e9c5403e89390ba92c77.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
prezident ilham əliyev, nikol paşinyan, görüş, moskva
prezident ilham əliyev, nikol paşinyan, görüş, moskva
Paşinyan Azərbaycan Preizdenti ilə Moskvada görüşəcəyini açıqladı
Ermənistan Baş naziri bildirib ki, Rusiya tərəfdən mayın 25-də Rusiya prezidentinin vasitəçiliyi ilə üçtərəfli görüşün keçirilməsi təklifin alıblar.
BAKI, 18 may — Sputnik. Ermənistanın baş naziri Nikol Paşinyan mayın 25-də Moskvada Azərbaycan prezidenti İlham Əliyevlə planlaşdırılan görüşəcəyini açıqlayıb.
"Rusiya tərəfdən mayın 25-də Rusiya prezidentinin vasitəçiliyi ilə üçtərəfli görüşün keçirilməsi təklifini almışıq. Biz bu təklifi qəbul etdik", - Paşinyan cümə axşamı hökumətin iclasında deyib.
Onun sözlərinə görə, iyunun 1-də Kişinyovda Fransa prezidenti, Almaniya kansleri və Avropa Şurası rəhbərinin iştirakı ilə Azərbaycan prezidenti ilə beştərəfli görüş planlaşdırılır.
"Oxşar beştərəfli görüşün oktyabrda Qranadada da keçirilməsi planlaşdırılır. Brüsseldə növbəti üçtərəfli görüş isə iyulda planlaşdırılır", - Paşinyan bildirib.
Mayın 14-də Brüsseldə işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü keçirilib.
Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel üçtərəfli görüşün yekunlarına dair açıqlamasında deyib ki, üçtərəfli görüşdə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına dair müzakirələr aparılıb.
"İki ölkə liderləri regionda vəziyyəti normallaşdırmaq istəklərini bildiriblər. Biz Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası məsələlərini müzakirə etdik", - Şarl Mişel bildirib.
Şarl Mişelin sözlərinə görə, Aİ-nin yalnız bir məqsədi var - tərəflərə sülhə nail olmaqda kömək etmək:
"Bu məqsədlə biz iyul ayında Brüsseldə daha bir görüşün keçirilməsi barədə razılığa gəldik, bundan əvvəl isə Kişinyovda Fransa Prezidenti və Almaniya Kanslerinin iştirakı ilə daha bir görüşün keçirilməsi planlaşdırılır".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.