DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkiyə və Rusiya prezidentləri taxıl sazişinin uzadılmasını müzakirə edə bilər

© AP Phototaxıl
taxıl  - Sputnik Azərbaycan, 1920, 17.05.2023
Abunə olmaq
"Türkiyə və Rusiya prezidentlərinin telefon danışıqları istisna edilmir. Taxıl sazişinin fəaliyyət müddəti artıq sabah başa çatır və onun uzadılması barədə danışıqlar həyati əhəmiyyət daşıyır", - deyə məlumatda bildirilir.
BAKI, 17 may — Sputnik. Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin müddəti mayın 18-də bitən taxıl sazişinin uzadılması məsələsini yaxın vaxtlarda müzakirə edə bilər.
TASS agentliyi bu barədə Ankaradakı mənbəyinə istinadla məlumat yayıb.
"Türkiyə və Rusiya prezidentlərinin telefon danışıqları istisna edilmir. Taxıl sazişinin fəaliyyət müddəti artıq sabah başa çatır və onun uzadılması barədə danışıqlar həyati əhəmiyyət daşıyır", - deyə məlumatda bildirilir.
Ekspertlərin fikrincə, taxıl sazişi uzadılmasa, dünya bazarında ərzağın qiyməti yenidən artacaq və bahalaşmanın qarşısını almaq mümkün olmayacaq.
Xatırladaq ki, taxıl sazişi 2022-ci il iyulun 22-də İstanbulda bağlanıb. O vaxt BMT, Türkiyə, Ukrayna və Rusiyanın iştirakı ilə iki sənəd imzalanıb. Onlardan biri Ukrayna taxılının ixracı üçün dəhlizin yaradılmasını, digəri Rusiya ərzaq və gübrəsinin ixracını nəzərdə tutur.
Moskva dəfələrlə bəyan edib ki, razılaşmanın Rusiya ilə bağlı hissəsinin yerinə yetirilmir və sazişin vaxtının uzadılması bundan asılıdır.
Xəbər lenti
0