https://sputnik.az/20230517/abs-ukraynadaki-munaqise-vasitesile-rusiyani-zeifletmek-ucun-avropaya-tesir-edir-454913341.html
ABŞ Ukraynadakı münaqişə vasitəsilə Rusiyanı zəiflətmək üçün Avropaya təsir edir
ABŞ Ukraynadakı münaqişə vasitəsilə Rusiyanı zəiflətmək üçün Avropaya təsir edir
Sputnik Azərbaycan
Hərbi ekspert Sun Çjunpinin sözlərinə görə, Qərb ölkələrinin hərəkətləri hazırda Ukrayna böhranını gərginləşdirməyə yönəlib. 17.05.2023, Sputnik Azərbaycan
2023-05-17T08:33+0400
2023-05-17T08:33+0400
2023-05-17T08:33+0400
abş
dünya xəbərləri
rusiya
çin
ukrayna
https://cdnn1.img.sputnik.az/img/07e7/02/1c/452214981_0:161:3071:1888_1920x0_80_0_0_c99e424799a24f7beead6f4145d53c1d.jpg
BAKI, 17 may — Sputnik. ABŞ Avropa ölkələrini Ukraynadakı münaqişənin köməyi ilə Moskvaya qarşı çıxmaq üçün Vaşinqtona kömək etməyə məcbur etməyə çalışır. Bunu hərbi ekspert Sun Çjunpin Çinin "Global Times" qəzeti üçün məqaləsində yazıb. Mütəxəssisin sözlərinə görə, ABŞ Kiyevə hərbi yardımını artırmaqda davam edir. Eyni zamanda, Vaşinqton Avropanı "öz tərəfinə çəkib" ki, o da Ukraynaya silah tədarük etsin. Çjunpin hesab edir ki, Amerika tərəfi Rusiyanı bu yolla zəiflətməyi planlaşdırır. "Qərb ölkələrinin hərəkətləri hazırda Ukrayna böhranını gərginləşdirməyə yönəlib", - deyə müəllif davam edir. O, ABŞ-ı Çindən nümunə götürməyə və sülh danışıqlarının tez başlamasına çalışmağa çağırıb. Rusiya hakimiyyəti dəfələrlə bəyan edib ki, Moskva Ukraynadakı münaqişənin həllinə yönəlmiş danışıqlardan imtina etmir. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bir qədər əvvəl dediyi kimi, Rusiya bu məsələni Qərb ölkələrinin marionetinə çevrilmiş Ukrayna Prezidenti Vladimir Zelenski ilə deyil, Qərblə müzakirə etməyə hazırdır. Bundan əvvəl Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib ki, Kiyev rejimi təkcə təmas xəttində deyil, həm də ideoloji cəbhədə Rusiyaya qarşı mübarizədə Vaşinqtonun alətinə çevrilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/02/1c/452214981_170:0:2901:2048_1920x0_80_0_0_cc344926f9742a969999fa677cae20b4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
abş, rusiya, çin, ukrayna
abş, rusiya, çin, ukrayna
ABŞ Ukraynadakı münaqişə vasitəsilə Rusiyanı zəiflətmək üçün Avropaya təsir edir
Hərbi ekspert Sun Çjunpinin sözlərinə görə, Qərb ölkələrinin hərəkətləri hazırda Ukrayna böhranını gərginləşdirməyə yönəlib.
BAKI, 17 may — Sputnik. ABŞ Avropa ölkələrini Ukraynadakı münaqişənin köməyi ilə Moskvaya qarşı çıxmaq üçün Vaşinqtona kömək etməyə məcbur etməyə çalışır.
Bunu hərbi ekspert Sun Çjunpin Çinin "Global Times" qəzeti üçün məqaləsində yazıb.
Mütəxəssisin sözlərinə görə, ABŞ Kiyevə hərbi yardımını artırmaqda davam edir. Eyni zamanda, Vaşinqton Avropanı "öz tərəfinə çəkib" ki, o da Ukraynaya silah tədarük etsin. Çjunpin hesab edir ki, Amerika tərəfi Rusiyanı bu yolla zəiflətməyi planlaşdırır.
"Qərb ölkələrinin hərəkətləri hazırda Ukrayna böhranını gərginləşdirməyə yönəlib", - deyə müəllif davam edir. O, ABŞ-ı Çindən nümunə götürməyə və sülh danışıqlarının tez başlamasına çalışmağa çağırıb.
Rusiya hakimiyyəti dəfələrlə bəyan edib ki, Moskva Ukraynadakı münaqişənin həllinə yönəlmiş danışıqlardan imtina etmir. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bir qədər əvvəl dediyi kimi, Rusiya bu məsələni Qərb ölkələrinin marionetinə çevrilmiş Ukrayna Prezidenti Vladimir Zelenski ilə deyil, Qərblə müzakirə etməyə hazırdır.
Bundan əvvəl Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib ki, Kiyev rejimi təkcə təmas xəttində deyil, həm də ideoloji cəbhədə Rusiyaya qarşı mübarizədə Vaşinqtonun alətinə çevrilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.