https://sputnik.az/20230516/maliyye-nazirliyi-budceden-vesait-alan-qurumlara-muraciet-edib-454905722.html
Maliyyə Nazirliyi büdcədən vəsait alan qurumlara müraciət edib
Maliyyə Nazirliyi büdcədən vəsait alan qurumlara müraciət edib
Sputnik Azərbaycan
Kommersiya təşkilatının illik maliyyə hesabatlarının təqdim edilməsi barədə məlumatları onların tabe olduqları yuxarı təşkilat və yaxud təsisçi bu hesabatların... 16.05.2023, Sputnik Azərbaycan
2023-05-16T10:46+0400
2023-05-16T10:46+0400
2023-05-16T11:21+0400
maliyyə nazirliyi
iqtisadiyyat
https://cdnn1.img.sputnik.az/img/40855/52/408555283_0:0:1200:676_1920x0_80_0_0_edf4c74d5fb843791b100164f74702b2.jpg
BAKI, 15 may — Sputnik. Maliyyə Nazirliyi ictimai əhəmiyyətli qurumların birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hazırlayan, habelə dövlət zəmanəti ilə kredit alan və yaxud dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin subsidiya, subvensiya, qrant və yaxud müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatlarına və publik hüquqi şəxslərə müraciət edib. Müraciətdə deyilir ki, dövlət zəmanəti ilə kredit alan və yaxud dövlət borcunun xərclənməsinə dair layihələrdə iştirak edən, həmçinin büdcədən subsidiya, subvensiya, qrant və yaxud müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatları və publik hüquqi şəxslər "Mühasibat uçotu haqqında" qanuna uyğun olaraq illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə internet səhifəsində və yaxud mətbu orqanda dərc etdirməli, eyni zamanda Maliyyə Nazirliyinə təqdim etməlidirlər. Sözügedən qanuna əsasən publik hüquqi şəxslər və adıçəkilən qanunun tələblərinin yerinə yetirilməsi üçün Nazirlər Kabinetinin 27 may 2010-cu il tarixli qərarı ilə təsdiq edilmiş "Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları"na uyğun olaraq kommersiya təşkilatları hesabat dövrü başa çatdıqdan sonra, illik maliyyə hesabatlarını növbəti il aprelin 30-dan, birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını isə növbəti il iyunun 30-dan gec olmayaraq təqdim etməlidirlər. Həmin Qaydalara əsasən kommersiya təşkilatının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi barədə məlumatları onların tabe olduqları yuxarı təşkilat və yaxud təsisçi (təsisçilər) bu hesabatların sonuncu təqdimetmə günündən sonra 10 gün ərzində Maliyyə Nazirliyinə verir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40855/52/408555283_132:0:1200:801_1920x0_80_0_0_06ae68bea01caa9de347423160906a0e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
maliyyə nazirliyi
Maliyyə Nazirliyi büdcədən vəsait alan qurumlara müraciət edib
10:46 16.05.2023 (Yenilənib: 11:21 16.05.2023) Kommersiya təşkilatının illik maliyyə hesabatlarının təqdim edilməsi barədə məlumatları onların tabe olduqları yuxarı təşkilat və yaxud təsisçi bu hesabatların sonuncu təqdimetmə günündən sonra 10 gün ərzində Maliyyə Nazirliyinə verməlidir.
BAKI, 15 may — Sputnik. Maliyyə Nazirliyi ictimai əhəmiyyətli qurumların birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hazırlayan, habelə dövlət zəmanəti ilə kredit alan və yaxud dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin subsidiya, subvensiya, qrant və yaxud müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatlarına və publik hüquqi şəxslərə müraciət edib.
Müraciətdə deyilir ki, dövlət zəmanəti ilə kredit alan və yaxud dövlət borcunun xərclənməsinə dair layihələrdə iştirak edən, həmçinin büdcədən subsidiya, subvensiya, qrant və yaxud müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatları və publik hüquqi şəxslər "Mühasibat uçotu haqqında" qanuna uyğun olaraq illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə internet səhifəsində və yaxud mətbu orqanda dərc etdirməli, eyni zamanda Maliyyə Nazirliyinə təqdim etməlidirlər.
Sözügedən qanuna əsasən publik hüquqi şəxslər və adıçəkilən qanunun tələblərinin yerinə yetirilməsi üçün Nazirlər Kabinetinin 27 may 2010-cu il tarixli qərarı ilə təsdiq edilmiş "Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları"na uyğun olaraq kommersiya təşkilatları hesabat dövrü başa çatdıqdan sonra, illik maliyyə hesabatlarını növbəti il aprelin 30-dan, birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını isə növbəti il iyunun 30-dan gec olmayaraq təqdim etməlidirlər.
Həmin Qaydalara əsasən kommersiya təşkilatının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi barədə məlumatları onların tabe olduqları yuxarı təşkilat və yaxud təsisçi (təsisçilər) bu hesabatların sonuncu təqdimetmə günündən sonra 10 gün ərzində Maliyyə Nazirliyinə verir.