Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya Türkiyədəki seçkiləri böyük diqqətlə izləyir - Peskov

© Sputnik / Valeriy Sharifulin / Mediabanka keçidRusiya Prezidentinin sözçüsü Dmitri Peskov
Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov - Sputnik Azərbaycan, 1920, 15.05.2023
Abunə olmaq
RF Prezidentinin sözçüsü bildirib ki, Türkiyə şəffaf seçkiləri təmin etməyə və qanunsuz hərəkətlərin qarşısını almağa qadir olan dövlətdir.
BAKI, 15 may — Sputnik. "Rusiya Türkiyədəki prezident və parlament seçkilərini böyük diqqətlə izləyir". Bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov mayın 15-də jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Türkiyə şəffaf seçkiləri təmin etməyə və qanunsuz hərəkətlərin qarşısını almağa qadir olan dövlətdir:

"Rusiyam ilə Türkiyə arasında əməkdaşlıq, həqiqətən, qarşılıqlı faydalıdır. Bu əməkdaşlıq hər iki ölkənin və xalqların maraqlarına cavab verir".

Qeyd edək ki, Türkiyə seçki məntəqələrinin 99,4 faizinin nəticələri hesablanıb.
Məlumata görə, "Cümhur İttifaqı"nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan 49,40 faiz səs toplayıb.
İkinci yerdə 44,96 faiz səslə "Millət İttifaqı"nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu qərarlaşıb.
"Ata İttifaqı"nın namizədi Sinan Oğana 5,2 faiz seçici səs verib.
Məmləkət Partiyasının sədri Məhərrəm İncə 0,44 faiz səs toplayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0